Bizi sosial şəbəkələrdən izləyin:
“Formula 1 yarışması bildiyiniz kimi beynəlxalq bir yarışma olduğu üçün dünyanın dörd bir yanından diqqət mərkəzində olur. Bakı yarışması da F1 sevərlər üçün maraqlı və çətin marşurutlardan biridir. Həmçinin F1 sevərlər üçün isə həm yarışı izləməkdə həm də bilavasitə asudə vaxtlarını gözəl Bakımızın dəyərli yerlərində vaxt keçirmələri turistlərin cox xoşuna gəlir”
Bu sözləri Moderator.az-a açıqlamasında turizm eksperti Kənan Hənifəyev bildirib.
“Buna görə də bu yarış ərəfəsində demək olar ki şəhərimizin mərkəzi hissəsində olan hotellər doluluğu 80% üzərindədir . Müşahidələrimiz onu göstərir ki, sentyabr ayı olmasına baxmayaraq turistlərin aktivliyi özünü göstərir. Bu kimi qlobal yarışlar ölkə turizmə və iqtisadiyyatımız üçün xeyirlidir. Payız mövsümü Bakı şəhəri üçün çox qonaqpərvərli olacaq.Bildiyiniz kimi 58 gündən sonra növbəti böyük tədbirimiz cop29 paytaxtımızda baş tutacaq. On minlərlə qonağın ölkəmizə gəlişi təşrif buyurması turizm cəhətdən şəhərimizi və destinasiyamızı tanıtımı üçün yüksək qiymətləndirir”.