1467
11 Sep 2024 | 13:57

"ABŞ Ukrayna üçün uzaqvuran silaha məhdudiyyətləri götürə bilər" - Bayden

 
"Blinken britaniyalı həmkarı ilə Kiyevə səfəri zamanı Ukraynaya ABŞ-ın ATACMS raketlərilə Rusiyaya zərbələr endirməsinə icazə verəcək..."
 
ABŞ prezidenti Co Bayden bəyan edib ki, onun administrasiyası hazırda Ukrayna tərəfindən Rusiya ilə müharinədə uzaqvuran silahdan istifadə edilməsinə məhdudiyyətlərin götürülməsi məsələsi üzərində işləyir.
 
Moderator.az xəbər verir ki, bu barədə  "Reuters" agentliyi məlumat yayıb.
 
Məlumatda qeyd edilir ki, ABŞ Rusiyanın dərinliklərində hədəfləri məhv edə biləcək silahları həvəssiz tədarük edir və ya onların istifadəsini qadağan edir. Vaşinqton bunun münaqişənin eskalasiyasına gətirib çıxaracağından ehtiyat edir.
 
"Kiyevin digər müttəfiqləri silah tədarük edir, amma onun Rusiyanın daxilində istifadə edilməsinə məhdudiyyətlər qoyur, bunun qisasa səbəb olacağı, NATO ölkələrinin müharibəyə cəlb olunacağı və ya nüvə münaqişəsinə təhrik edəcəyindən ehtiyat edir", - məlumatda deyilir.
 
ABŞ Dövlət katibi Entoni Blinken bəyan edib ki, prezident Co Bayden Ukraynaya Rusiya ərazisinin dərinliklərinə Amerika silahı ilə zərbələr endirməsinə icazə veriləcəyini "istisna etmir".
 
Блинкен везет в Киев разрешение на применение американского оружия по РФ – конгрессмен
 
Bu arada isə ABŞ Konqresi Nümayəndələr Palatasının xarici işlər üzrə komitəsinin sədri Maykl Makkol "Axios" nəşrinin jurnalisti Brufkeyə bəyan edib ki, ABŞ Dövlət katibi Entoni Blinken Kiyevə səfəri zamanı Ukraynaya Amerika silahı ilə Rusiyaya zərbələr endirməyə icazə verəcək.
 
"Mən iki gün öncə Blinkenlə söhbət etmişəm, o, Böyük Britaniya XİN rəhbəri ilə Kiyevə səfəri zamanı əslində Amerikanın ATACMS raketlərilə Rusiyaya zərbələr endirməyə icazə verəcək", - konqresmen Brufke ilə söhbətində bəyan edib.
Link kopyalandı!
Son xəbərlər