Onu Putin kimi diktatorlarla dost olmağa çalışmasına görə tənqid etdi...- DEBAT
Ekskluziv
1853
11 Sep 2024 | 07:27

Onu Putin kimi diktatorlarla dost olmağa çalışmasına görə tənqid etdi...- DEBAT

ABŞ prezidentliyinə namizədlər Kamala Harris və Donald Tramp aralarındakı ilk debat zamanı Rusiyanın Ukraynaya təcavüzü ilə bağlı mübahisəyə girşiblər. Namizədlər arasında debat  bir neçə saat öncə Amerikanın "ABCnews" kanalında baş tutub.
 
Moderator.az bu haqda "BBC" və "TSN" kanallarına istinadla xəbər verir.
 
Donald Tramp bildirib ki, o, Rusiya diktatoru Putinlə dostdur və ABŞ prezidenti seçilərsə, Ukraynadakı müharibənin tez bir zamanda dayandırılması üçün danışıqlar apara bilər. O, prezident Co Baydeni Rusiyanın Ukraynanın genişmiqyaslı işğalına başlamasından sonra diktator Putinə bir dəfə də telefon açmadığına görə tənqid edib.
 
Trampın sözlərinə görə, o, Vladimir Putin və Vladimir Zelenskini yaxşı tanıyır və onlar da ona hörmət edirlər.
 
“Onlar mənə hörmət edirlər, amma Baydenə hörmət etmirlər. Ona niyə hörmət etməlidirlər ki? - deyə prezidentliyə namizəd əlavə edib.
 
Harris buna cavab olaraq Trampa seçkidə Baydenlə deyil, onunla mübarizə apardığını xatırladıb.
 
Tramp Ukraynanın qalib gəlməsinin vacibliyi ilə bağlı suala da cavab verməkdən yayınıb. Aparıcının Trampın Ukraynanın qələbəsinin ABŞ-ın maraqlarına uyğun olduğuna inanması haqda sualına cavabında  o,  “ABŞ-ın maraqlarına müharibəyə son qoymaq cavab verir”, - deyə bildirib.
 
Öz növbəsində Kamala Harris Trampı diktatorlarla dost olmağa və danışıqlar aparmağa çalışmasına görə tənqid edib. O deyib ki, əgər Tramp indi prezident olsaydı, diktator Putin “artıq Kiyevdə oturub Polşaya hücum planlaşdırardı”.
 
Bundan əlavə, o, Trampın Putin kimi diktatorlarla razılığa gələ biləcəyinə inanmasının səhv olduğunu bildirib.
 
“Diktatorla danışıqlar apara biləcəyinizi düşünürsünüz, amma o, sizi naharda yeyər”, - Harris  belə deyib.
 
S.Laçın
Link kopyalandı!
Son xəbərlər