Ekskluziv
1746
07 Sep 2024 | 22:10

"İran Rusiyaya ballistik raketlər tədarük edir, ABŞ narahatdir" - "Reuters"

"Tehran tərəfindən Moskvaya istənilən silahın ötürülməsi Ukraynada müharibənin kəskin eskalasiyasına səbəb olacaq..."

 
ABŞ İranın Rusiyaya ön cəbhədə və yaxın arxa cəbhədə hədəflərin məhvi üçün nəzərdə tutulan "Fəth-360" ballistik raketlərin  gözlənilən tədarükü və ya artıq tədarük edilməsindən narahatdır. 
 
Moderator.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb.
 
Vaşinqton hesab edir ki, Tehran tərəfindən Moskvaya istənilən silahın ötürülməsi Ukraynada müharibənin kəskin eskalasiyası demək olacaq, məlumatda deyilir.
 
Rusiyanın İrandan yüzlərlə yaxın mənzilli "Fəth-360" ballistik raketlərin tezliklə tədarükünün gözlədiyi və onlarla rusiyalı hərbi qulluqçusunun peyklərdən idarə edilən bu silahın sonradan Ukraynada istifadə edilməsi üzrə hazırlıq keçməsi barədə məlumat ilk dəfə avqust ayında üzə çıxıb. Budur, bu gün, sentyabrın 7-də, agentlik ABŞ-ın yüksək vəzifəli şəxsinə istinadən məlumat verib ki, bu raketlər artıq Rusiyaya tədarük edilib.
Rusiyaya İranın orta mənzilli raketlərinin tədarükünün artıq fakt olduğu barədə "The Wall Street Journal" qəzeti və CNN telekanalı məlumat yayıb. Britaniyanın "Times" nəşri həmçinin yazıb ki, Rusiya İrandan 200-dən çox ballistik raket partiyası əldə edib. Rusiya gəmisi bu raketləri sentyabrın 4-də Xəzər dənizi limanına çatdırıb, Ukraynanın hərbi mənbəyi məlumat verib.
 
"The Wall Street Journal" nəşri dəqiqləşdirib ki, Amerika hakimiyyəti müttəfiqlərini, o cümlədən Vaşinqtondakı səfirləri İranın tədarükü barədə məlumatlandırıb. ABŞ hakimiyyəti raketlərin, "nəhayət, çatdırılmasını" təsdiq edib.
"Biz Rusiyanın Ukraynaya hərbi müdaxiləsi başlanandan hərbi əməkdaşlıq sahəsində Rusiya ilə İran arasında tərəfdaşlığın dərinləşməsi barədə xəbərdarlıq etmişdik və bu məlumatlardan həyəcan keçiririk, - Ağ Evin Milli Təhlükəsizlik Şurasının nümayəndəsi Şon Sevett xəbəri belə şərh edib. - İranın ballistik raketlərinin Rusiyaya istənilən tədarükü İran tərəfindən Rusiyanın Ukraynaya qarşı təcavüzkar müharibəsinə dəstəyin kəskin surətdə güclənməsi deməkdir".
 
Vaşinqton xəbərdarlıq edib ki, İranın belə addımlarının nəticələri ola bilər.
 
İranın diplomatik missiyası isə bəyan edib ki, "İran insan qurbanlarına, dağıntılara səbəb olan münaqişə tərəflərinə hərbi yardım göstərilməsini qeyri-insani hesab edir. Tehran özü belə hərəkətlərdən çəkinir və digər ölkələri də münaqişə tərəflərinə silah tədarükünə son qoymağa çağırış edir". Amma gerçəkdə vəziyyət tamam başqadır, agentlik yazıb.
Link kopyalandı!
Son xəbərlər