1531
07 Sep 2024 | 15:49

"Rusiya qlobal sualtı rabitə strukturuna hədəflənib, ABŞ həyəcan təbili çalır" - CNN

 
"Rusiyanın Şimali Avropada potensial sabotaj üçün güman edilən casus gəmiləri donanması var..."
 
Rusiya dünya infrastrukturunun kritik mühüm hissəsini sıradan çıxarmağa yönələn diversiya əməliyyatlarının aparılması üçün istifadə edilə biləcək xüsusi hərbi bölmə yaradır.
 
Moderator.az xəbər verir ki, bu barədə CNN telekanalı amerikalı məmurlara istinadən məlumat yayıb.
 
Məlumatda deyilir ki, Rusiya Federasiyası Rusiya Müdafiə Nazirliyi Dərin Sular Təqdiqatları Baş İdarəsinin (DTBİ) sifarişi ilə suüstü gəmilər, sualtı qayıqlar və dəniz dronlarından ibarət "gizli donanma" yaradır.
 
"Bizi narahat edən Rusiyanın bütün dünya boyunca hərbi-dəniz fəallığının güclənməsi və bununla da Rusiyanın ABŞ və onların müttəfiqlərinin kritik sualtı infrastrukturuna zərər vurulması üçün qərar qəbul edə biləcəyi narahat edir. Rusiya sualtı diversiyalar üçün özünün hərbi-dəniz imkanlarını inkişaf etirməkdə davam edir", -  bu barədə telekanalın həmsöhbəti məlumat verib.
 
ABŞ mühüm kritik dəniz infrastrukturunun yaxınlığında olan Rusiya gəmilərini müntəzəm olaraq izləyir. Bundan öncə ABŞ-ın Rusiyanın gizli bölməsinin mümkün sualtı əməliyyatlarından narahatlığı barədə məlumat verilib.
 
Bu zaman CNN xatırladır ki, ötən il İsveç, Danimarka, Norveç və Finlandiyanın dövlət yayımlarının birgə tədqiqatı göstərib ki, Rusiyanın Şimali Avropada potensial sabotaj üçün güman edilən casus gəmiləri donanması var.
 
Bu ilin iyun ayında Britaniya Kral Donanmasının "Navy News" rəsmi qəzeti məlumat verib ki, Rusiyanın casus gəmiləri İsrailin yeni sualtı qayığı barədə məlumatlar toplayır.
 
Rusiyanı kritik mühüm infrastrukturu obyektlərini zədələmək üçün hazırlıqda əvvəllər Avropa ölkələri də ittiham edib. ABŞ Dövlət katibi Entoni Blinken bəyan edib ki, NATO ölkələri də öz infrastrukturunun obyektlərində yanğınlar və diversiyalar cəhdlərilə üzləşib. Onun sözlərinə görə, söhbət "Rusiyanın düşünülmüş strategiyasından gedir".
 
Kreml Moskvanın ünvanına səsləndirilən bu ittihamları əsassız adlandırıb. Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov qeyd edib ki, "belə ittihamlar getdikcə səbəblər oldu-olmadı çoxalmaqdadır".
Link kopyalandı!
Son xəbərlər