Son vaxtlar Ermənistan müxtəlif istiqamətlərdə ordumuzun mövqelərini atəşə tutmaqla yeni hərbi təxribatlara əl atır, regionda vəziyyəti gərginləşdirməyə çalışır.
Bununla bağlı Moderator.az-a açıqlama verən politoloq İlqar Vəlizadə, Ermənistanın artmaqda olan təxribatları ilə Qərbin İəvana olan hərbi yardılmları arasında əlaqə olduğunu vurğulayıb:
“Təbii ki, Ermənistanın artan təxribatları ilə Qərbin İrəvana artan yardımları arasında əlaqə var. Əslində, Qərb bu yardımlarla Ermənistanı məlum təxribatlara sövq edir.
Vətən müharibəsindən sonra Ermənistan Qərbdəki bəzi dairələrdə belə təsəvvür fornalaşdırıb ki, guya onların təhlükəsizliyi üçün hansısa təhdid var. Əslində, regionda möhkəmlənməyə çalışan Qərb özü də Ermənistanı bu yalana inandırmağa çalışır. Məqsəd Ermənistanı təxribatlara sövq etmək, bununla da bölgədə süni gərginlik yaratmaqdır.
Qərbin hələ də Ermənistana hərbi yardım göstərməkdə davam etdiyini nəzərə alsaq, ehtimal etmək olar ki, bu təxribatlar yaxın gələcəkdə də davam edəcək”.
Seymur ƏLİYEV