İrəvan sakinləri havanın çirklənməsi göstəricilərini, ərazinin 3D modelini izləyə biləcəklər...
Ekskluziv
2061
05 Sep 2024 | 06:58

İrəvan sakinləri havanın çirklənməsi göstəricilərini, ərazinin 3D modelini izləyə biləcəklər...

İrəvan regionda ilk dəfə sakinlər üçün Coğrafi İnformasiya Sistemlərini(GİS-CİS) tətbiq etməyə başlayıb. Platforma şəhərin idarə edilməsi və məlumatların rəqəmsallaşdırılması baxımından böyük imkanlar yaradır.
 
Moderator.az xəbər verir ki, bu haqda tert.am məlumat yayıb.
"CİS istənilən binanın və ya ərazinin 3D modelini, şəhərin illər ərzində inkişafını və tikintisini görməyə imkan verir.
 
Həmçinin ictimai nəqliyyatın hərəkətini müşahidə etmək, xidmətin keyfiyyətinə nəzarət etmək mümkündür.
 
Hazırda platforma sayəsində şəhərin hansı hissəsində zibil yığıntıları olduğunu və onun nə vaxt və necə aradan qaldırılacağını artıq asanlıqla görmək mümkündür.
 
Artıq bu gündən(4 sentyabr 2024-S.L.) İrəvan sakinləri CİS platforması vasitəsilə havanın çirklənməsi göstəricilərini vəliftlərin illik  dəyişdirilməsi proqramının gedişatını izləyə bilərlər", -deyə məlumatda bildirilir.
 
S.Laçın
 
 
Link kopyalandı!
Son xəbərlər