Ekskluziv
2225
05 Sep 2024 | 07:17

"COP29 toy iqtisadiyyatına necə təsir göstərəcək?" -AÇIQLAMA+ÖZƏL

“COP29-la əlaqədar ölkəmizdə bir neçə həftə toyların olmamasının iqtisadiyyata heç bir ciddi təsiri olmayacaq. Zatən toy bazarı bu cür fasilələrə uyğunlaşıb. Məhərrəm və Ramazan aylarında da bir müddətlik toy olmur. Bu fasilələrə biz adaptasiya olmuşuq. Sahibkarlar da xərclərini bu cür fasilələrə uyğunlaşdırdıqlarına görə təcrübələri var. İşlərini o cür planlaşdırırlar. Burada həm işçi xərclərinin idarə edilməsi, həm material ehtiyyatlarından, həm də müştərilərin idarə edilməsindən söhbət gedir. Ona görə də bütün bu kimi dövlət əhəmiyyətli tədbirlər toyların fəaliyyətinə ciddi təsir göstərməyəcək”
 
Bunu Moderator.az-a açıqlamasında iqtisadçı Xalid Kərimli deyib. O daha sonra əlavə edib.
“COP29 Azərbaycan iqtisadiyyatına birbaşa, qısamüddətli təsir edəcək. 15-20 günün içində bu təsirlər özünü göstərəcək. Birbaşa turizm, otel, iaşə sektoruna, nəqliyyat və taksi xidmətlərinə və digər əlaqədar xidmət sektorlarına müsbət təsir göstərəcək. Ümumi Azərbaycana da başqa müsbət təsirləri ola bilər. Bu da həmin qonaqlarla yaranmış münasibətlərin sonrakı inkişafından asılı olacaq. Bunu qiymətləndirmək bir qədər çətindir, amma bu cür platformalarda tanışlıqların, əlaqələrin formalaşdırılması mühüm rol oynayır” deyə iqtisadçı bildirib.
Link kopyalandı!
Son xəbərlər