“Biz Qərbi Azərbaycan məsələsində də tarixi ədaləti bərpa etməliyik”
Ekskluziv
1764
04 Sep 2024 | 14:36

“Biz Qərbi Azərbaycan məsələsində də tarixi ədaləti bərpa etməliyik”

Məşhur Məmmədov: “Dövlətimizin gücü, xalqımızın vəhdəti buna imkan verir”
 
Məlum olduğu kimi, Qərbi Azərbaycan İcması Azərbaycanın ərazi bütövlüyünü və dövlət suverenliyini şübhə altına alan seperatçı qüvvələrin Ermənistanda fəallaşması ilə əlaqədar bəyanat yayıb. Bəyanatda vurğulanıb ki, Ermənistan təxribatçı fəaliyyətinə son qoymasa, Qərbi Azərbaycan mühacirət hökuməti yaradılacaq. Həmçinin, Milli Məclisdə Qərbi Azərbaycanlıların qayıdışı üzrə komitənin yaradılması məqsədilə parlamentə müraciət ediləcək.
 
Moderator.az -a açıqlama verən millət vəkili Məşhur Məmmədov dövlətimizin bütün digər məsələlərdə olduğu kimi, Qərbi Azərbaycan məsələsində də tarixi ədaləti bərpa edəcəyinə inamını ifadə edib:
 
“Xalqımız və ordumuz öz böyük sərkərdəsi Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən 44 günlük Vətən müharibəsi və antiterror tədbirləri sayəsində dövlətimizin ərazi bütövlüyün təmin etdi, ölkəmizdə separatizmə son qoydu. 30 illik tarixi ədalətsizlik ortadan qalxdı. Bu gün isə biz Qərbi Azərbaycvan həqiqətlərini dünyaya çatdırmalı, bu tarixi torpaqlarımızdan didərgin salınan 300 mindən çox soydaşımızın aqibəti ilə bağlı məsələyə aydınlıq gətirməli, onların qayıdışına nail olmalıyıq.
 
Mən Qərbi Azərbaycan İcmasının məlum bəyanatını dəstəkləyir, bunu Ermənistanın təxribatçı fəaliyyətinə ən layiqli cavab hesab edirəm. Düşünürəm ki, İcmanın Qərbi Azərbaycan hökumətinin yaradılması, habelə, bununla bağlı Milli Məclisdə ayrıca komitənin formalaşması təklifi təqdirəlayiqdir. 
 
Biz dövlətimizin, Prezidentimizin Qərbi Azərbaycanla bağlı siyasətini dəstəkləməli, vətəndaşlarımızın öz tarixi yurd yerlərinə qayıdışını təmin etməliyik. Hesab edirəm ki, dövlətimizn gücü, xalqımızın vəhdəti buna imkan verir.
 
Inanıram ki, biz yaxın gələcəkdə bu problemin də uğurlu həllinə nail olacaq, Qərbi Azərbaycandan olan soydaşımızın öz tarixi yurdlarına qayıdışını bayram edəcəyik”.
 
Seymur ƏLİYEV
 
Link kopyalandı!
Son xəbərlər