Ekskluziv
1743
04 Sep 2024 | 09:57

"Bu Beynəlxalq Cinayət Məhkəməsi əməlli-başlı məzhəkədir" - "Le Fiqaro"

"BCM hələ də prokurorun Netanyahunun həbsinə order verilməsi barədə sorğusunu qəbul etməyib, Putinin həbsinə order isə bir həftədən sonra verilib. Bu, ikili standartlardir..."
 
Fransızlar Putinin ünvanına təhdidləri lağa qoyub
 
Rusiya prezidenti Vladimir Putin həbsinə order verəiləndən bəri Beynəlxalq Cinayət Məhkəməsinin  iştirakçısı olan ölkəyə-Monqolustana ilk səfəri baş tutub.
 
Moderator.az xəbər verir ki, bu barədə Fransanın "Le Fiqaro" nəşri yazıb.
 
Rusiya prezidenti fəxri qarovulla qarşılanıb, müəllif "xiffət çəkir". Qəzetin oxucuları isə dövlət başçısının ünvanına təhdidləri yumor hissi ilə şərh edib.
 
Rusiya prezidentinin bu səfəri Beynəlxalq Cinayət Məhkəməsi (BCM), Ukrayna, habelə onun həbsini tələb edən bir sıra Qərb ölkələri və qeyri-hökumət təşkilatlarına meydan oxumaq kimi görünür. 
 
Sentyabrın 3-də Vladimir Putin Ulan-Batorda öz həmkarı ilə görüşüb. Bu, Rusiya prezidentinin həbsinə order verən BCM iştirakçısı olan ölkəyə ilk səfəridir.
 
Hava limanında o, həbs olunmaq əvəzinə fəxri qarovulla qarşılanıb.
 
Ukrayna XİN mətbuat katibi Georgi Tixiy Monqolustanın ünvanına ittihamlarla çıxış edib və bəyan edib ki, beləliklə, bu ölkə "məsuliyyəti bölüşməli olub". 
 
Ötən həftə BCM yenidən xatırladıb ki, bu qurumun iştirakçısı olan ölkələr həbslərinə order verilən şəxsləri həbs etməyə borcludur. Lakin praktikada məhkəmə öz orderlərinin icrasına məcbur etmək iqtidarında deyil.
 
İştirakçı ölkə BCM qarşısında öz öhdəliklərini icra etmədikdə, məsələ ildə bir dəfə toplanan iştirakçı dövlətlərin Assambleyasına çıxarılır. Lakin onun bütün mümkün sanksiyaları mahiyyətcə şifahi tənbehlə məhdudlaşır.
 
Putin öz səfəri ərəfəsində Monqolustanın "Unuudur" qəzetinə müsahibəsində Çin və Rusiyanı birləşdirən qaz kəmərinin inşası da daxil olmaqla bir sıra "perspektiv layihələri" qeyd edib. 
 
Rusiya lideri həmçinin bəyan edib ki, Çin, Rusiya və Monqolustan arasında üçtərəfli sammitn keçirilməsi üçün "predmetli işin davam etdirilməsində maraqlıdır". 
 
Oxucuların şərhləri
 
 
"Bu bahalı və faydasız instansiyanın buraxılmasını niyə gözləyirik ki?.."
 
***
 
"Əgər BCM qarşısında dayanmalı olan kimsə varsa, o da İraqa müdaxiləyə görə, Kolin Pauelli BMT qarşısında kütləvi qırğın silahının mövcudluğunu "sübut etmək" üçün göndərən Buşdur...Bütün dünyanı axmaq yerinə qoya bilməzsən".
 
***
 
"Əgər ABŞ Netanyahu ilə bağlı BCM-in qərarını şübhə altına alırsa, nədən Putin onun qarşısında əyilməlidir? Belə ikili standartlar siyasəti ilə BCM daha etimada layiq deyil..."
 
***
 
"Bu nə BCM-dir ki, heç kim ondan çəkinmir?.."
 
***
 
"BCM indiyədək prokurorun Netanyahunun həbsinə order verilməsi barədə sorğusunu qəbul etməyib. Putinin həbsinə order isə artıq bir həftədən sonra verilib. Bu, ikili standartlardır. Mən mərc gəlirəm ki, Netanyahunun həbsinə order verilməyəcək. Bu gün kim BCM-i ciddi qəbul edir ki?".
 
***
 
"Bu BCM əməlli-başlı məzhəkədir. Bizim dəyərli avropalılar üçün xatırlatma: ABŞ onu hətta tanımır".
Link kopyalandı!
Son xəbərlər