“Bu zəfər ədəbiyyatımız üçün hər zaman tükənməz ilham mənbəyi olacaq”
Ekskluziv
2757
28 Aug 2024 | 11:26

“Bu zəfər ədəbiyyatımız üçün hər zaman tükənməz ilham mənbəyi olacaq”

“44 günlük Vətən müharibəsi və ordumuzun bu müharibədə əldə etdiyi şanlı zəfər hər zaman ədəbiyyatımız üçün tükənməz ilham mənbəyi olacaq”.

 

Bunu Moderator.az-a açıqlamasında Xalq şairi Sabir Rüstəmxanlı bildirib. O, qeyd edib ki, ədəbiyyatımız 2020-ci ildən günümüzə qədər bu mövzuya tam şəkildə olmasa da, geniş şəkildə toxunub:

 

“Müharibədən sonra keçən bu qısa müddət ərzində ədəbiyyatımız bu mövzuya tam olmasa da, geniş şəkildə toxunub. Müharibə, ordumuzun bu müharibədə göstərdiyi qəhrəmanlıqlarla bağlı çoxlu şeirlər yazılıb, əsərlər qələmə alınıb. Lakin təbii ki, zamanla bu mövzuya daha çox toxunulacaq, tariximizin ən şanlı səhifələrindən biri olan bu müharibə və 8 Noyabr zəfəri ilə bağlı  yüzlərlə, minlərlə ədəbiyyat nümunəsi ərsəyə gələcək.  Çünki ordumuz bu müharibədə elə böyük, misilsiz qəhrəmanlıqlar sərgiləyib ki, bu barədə nə qədər danışsaq, nə qədər yazsaq azdır”.

 

Seymur ƏLİYEV

Link kopyalandı!
Son xəbərlər