"Dəfnə yarpağı bir çox faydalı maddələr, o cümlədən aşılayıcı komponentlər, efir yağları, vitaminlər və bir çox minerallarla zəngindir..."
 
                                            
                                            
                                            
                                            
Ətirli və bir qədər acı dad verən dəfnə yarpağı çayının bir çox müalicəvi xassələri var.
 
Moderator.az xəbər verir ki, bu barədə "cursorinfo.co.il" nəşri yazıb.
 
Dəfnə yarpağı spesifik xüsusiyyətlərə malik,  yüngül acı dad verən populyar ədviyyatdır. Bir çoxlarımız dəfnə yarpağına əlimizin altında həmişə olan duz kimi əsas inqrediyent hesab edir.
 
Dəfnə yarpağı bir çox faydalı maddələr, o cümlədən aşılayıcı komponentlər, efir yağları, fitonsidlər, üzvü turşular, A, B2, B6, C vitaminləri, həmçinin marqans, dəmir, kalsium, maqnesium və sink kimi minerallarla zəngindir.
 
Dəfnə yarpağı həzmi yaxşılaşdırır, iştahanı yüksəldir və bağırsağın qıcıqlanmasını azaldır. Bundan başqa, o, qanda şəkərin miqdarını aşağı salır. Ona görə də şəkərin miqdarını aşağı salan dərmanlardan istifadə edən insanlar ehtiyatlı olmalıdır.
 
Dəfnə yarpağının sidikqovucu xassələri böyrəklərin sağlamlığını qoruyur və böyrək daşının yaranmasının qarşısını alır. O, həmçinin qanda xolesterinin miqdarını azaldır, antioksidant təsir göstərir, tərkibində olan efir yağları isə respirator xəstəliklər zamanı tənəffüs sisteminə müsbət təsir edir.
 
Allergiyası olan, şəkərin miqdarını aşağı salan və ya sakitləşdirici vasitələr qəbul edənlər dəfnə yarpağını ehtiyatla istifadə etməlidir. Böyük miqdarda dəfnə yarpağı yuxululuq yarada və tənəffüsü zəiflədə bilər. 
 
Dəfnə yarpağı çayının reseptləri
 
Müalicəvi xüsusiyyətlərə malik olan dəfnə yarpağı çayının hazırlanmasının bir neçə üsulunu təklif edirik. Həkimlər gündə bu çaydan ən çoxu 4 stəkan içməyi tövsiyə edir.
 
Dəfnə yarpağı və bal ilə çay
 
İnqrediyentlər:
 
1 litr su
1 çubuq darçın
5 dəfnə yarpağı
1 xörək qaşığı bal
 
Hazırlanması:
 
Suyu qaynadıb darçın və dəfnə yarpağı əlavə edin. Odu azaldın və çayı zəif odda 5 dəqiqə ərzində dəmləyin. Plitədən götürün və 5 dəqiqə dəm almasını gözləyin, sonra süzün. Dəfnə yarpaqlarını həmçinin xırdalayın və dəm almış çaya əlavə edin.
 
Dəfnə yarpağından sakitləşdirici çay
 
İnqrediyentlər:
 
2 stəkan su
3 dəfnə yarpağı
Zövqə görə şəkər və süd
 
Hazırlanması: 
 
Dəfnə yarpağının üzərinə su tökün və oda qoyun. Qaynadın, sonra 3 dəqiqə ərzində zəif odda saxlayın. Oddan götürüb 5 dəqiqə dəm almasını gözləyin, sonra süzün. Zövqə görə şəkər və süd əlavə edin.
 
Diabet əlamətlərinin zəiflədilməsi üçün dəfnə yarpağı  çayı
 
İnqrediyentlər:
 
1 litr su
1 xörək qaşığı dəfnə yarpağı (təxminən 15 qram)
 
Hazırlanması:
 
Dəfnə yarpağını qaynayan suya əlavə edin. Zəif odda 3 dəqiqə qaynadın. Oddan götürüb 10 dəqiqə ərzində dəm almasını gözləyin, sonra süzün.