“Rusiyanın çökəcəyindən danışanlar dəqiq iqtisadi, sosial faktlar göstərməlidir...”
2856
23 Aug 2024 | 11:56

“Rusiyanın çökəcəyindən danışanlar dəqiq iqtisadi, sosial faktlar göstərməlidir...”

“Son 25 il ərzində ABŞ demokratiya adıyla 16 milyondan artıq müsəlmanı qırıb. Tüpürüm onun demokratiyasına və onların arxasınca gedənlərə...”
 
“Azərbaycan Prezidenti Rusiya, Türkiya və İranı bir məxrəcə gətirib, hərbi-siyasi kvartetin əsasını qoyub..."
 
Bu gün bir sıra yerli və xarici şərhçilər Rusiyanın Kursk vilayətinin xeyli hissəsini itirməsindən artıq tezliklə Ukraynaya məğlub olacağından və bir imperiya, dövlət kimi çökəcəyindən danışır,  Kreml təbliğatçıları və xarici ölkələrdə, xüsusən postsovet məkanında onlara dəstək verənlər isə əksinə, bu ölkənin hələ də iqtisadi uğurlara malik olduğunu və Moskvanın nəinki Ukraynaya, hətta NATO-ya da qalib gələcəyini iddia edir. Bəs bu proqnozlar nə dərəcədə realdır?..
 
Moderator.az olaraq mövzu ilə bağlı dəyərli oxuculara iki baxış təqdim edəcəyik. Hər kəs özü nəticə çıxarsın...
 
Siyasi analitik Tahir Cəfərli Rusiyanın tezliklə Ukraynaya məğlub olacağı və bir imperiya, dövlət kimi çökəcəyi haqda iddiaları rədd edərək belə deyir:
 
“Əgər kimsə Rusiyanın çökəcəyindən danışırsa,  doğrudan da bu ölkənin iqtisadiyyatının, hərbi sənaye kompleksinin, xalqın həyat səviyyəsinin aşağa enməsi haqda dəqiq iqtisadi, sosial faktlar göstərməlidir. Bəzi siyasətçilər kimi  “Rusiya çökür, bayrağımızı Sibiryada, Çində,Təbrizdə asacağıq” demək gülüncdür... 
 
“Vaşinqton-Post” qəzetində “Rusiya haqqında həqiqətlər” adlı məqaləni oxuyun. Rusiyanın ərazisi, görün, nə qədər böyüyüb. Rusiya Krımı və Şərqi Ukraynanı işğal edib. Kürsk oyununa gedən Ukraynadan isə heç nə qalmayacaq... 
 
Keçək xalqın yaşayış, dolanışıq səviyyəsinə. Bircə onu demək kifayətdir ki, hazırda Rusiyada  iki uşağı olan ailənin aldığı yardım vəsaiti uşağın nəinki özünə, atasına da, anasına bəs edir...
 
Onu da əlavə edək ki, son rəsmi rəqəmlərə görə, Rusiya iqtisadiyyatı ÜDM-in  Valyuta Alıcılıq Qabiliyyəti Pariteti (VAQP) baxımından dünya ölkələri arasında 4-cü, Avropa ölkələri arasında isə 1-ci yeri tutur, 2023-cü il üçün 6,45 trilyon dollar (Dünya Bankına görə) qiymətləndirilir. Nominal ÜDM (2022-ci ildə 2,215 trilyon dollar) baxımından Rusiya dünyada 8-ci, Avropada 4-cü yerdədir (BVF-nin məlumatına görə)”. 
 
Başqa bir həqiqət də var: bu saat əslində Ukrayna ilə Rusiya arasında  yox, NATO ölkələri Rusiya arasında müharibə gedir. Nəticə NATO ölkələri üçün tezliklə acınacaqlı olacaq. Çünki belə getsə, Rusiya taktiki atom silahını işə sala bilər...
 
Rusiyanın sərvətləri Hərbi Sənaye Kompleksini tezliklə SSRİ səviyyəsinə çatdıracaq. Əsas məsələlər də bundan sonra həll olunacaq - dünya iki düşərgəyə məhz Rusiyanın Hərbi Sənaye Kompleksi əsasında bölünəcək. Bu acı da olsa, həqiqətdir”.
 
Siyasi şərhçi hesab edir ki, Azərbaycan dövlət başçısı Rusiya ilə yaxınlaşmaqda, ittifaq qurmaqda tam doğru yol tutub.
 
“Azərbaycan Prezidenti Rusiya, Türkiya və İranı bir məxrəcə gətirib, hərbi-siyasi kvartetin əsasını qoyub. Ağlı başında olan siyasətçi yatmış ayını oyadıb, özünə düşmən etməz...
 
 Son 25 il ərzində ABŞ demokratiya adıyla 16 milyondan artıq müsəlmanı qırıb. Tüpürüm onun demokratiyasına və onların arxasınca gedənlərə...
 
Azərbaycan Prezidenti bu saat geo-siyasi reallığa uyğun siyasət aparır və çıxış edir. O, ağıl və diplomatiya ilə təhlükəli gücləri üzərimizdən uzaqlaşdırır. Bir sözlə, Prezidentimizin apardığı xarici siyasət ən optimaldır. Bunu reallıq tələb edir. Fransanın Ermənistana girməsinin qarşısını da tezliklə Rusiya alacaq. Çünki ona Zəngəzur dəhlizi lazımdır”, -deyə Tahir Cəfərli vurğulayıb.
 
(Qeyd: Eyni mövzu ilə bağlı siyasi təhlükəsizlik üzrə ekspert Ərəstun Oruclunun saytımıza açıqlaması burada:)
 
Moderator.az-ı izləyin!
 
Sultan Laçın
 
Link kopyalandı!
Son xəbərlər