“Həmin gün Tehrana da bir naməlum təyyarə enib və İran rəhbərliyinə xəbərdarlıq edilib...”
Ekskluziv
2876
23 Aug 2024 | 09:12

“Həmin gün Tehrana da bir naməlum təyyarə enib və İran rəhbərliyinə xəbərdarlıq edilib...”

“Bu səbəbdən də İran “HƏMAS” liderinin qətli ilə bağlı yalnız hansısa uyğun zamanda məhdud bir çərçivəli müvafiq bir cavab verə bilər...”
 
“Dəfələrlə demişəm, yenə də deyirəm ki, İranla İsrail arasında hibrid savaş davam edir və hələ davam edəcək. Hər iki tərəf biri-birinin yüksək vəzifəlilərinə, hərbi komandirlərinə qarşı sui-qəsdlər, təxribatlar təşkil edir”. 
 
Beynəlxalq siyasət üzrə analitik, İstanbul Universitetinin doktorantı Teymur Qasımlı bu fikirləri Moderator.az-a açıqlamasında “İranla İsrail arasındakı gərginlik barədə hansı proqnozları verə bilərsiz?” sualını cavablandırarkən dilə gətirib.
 
“Amma İranla İsrail arasında genişmiqyaslı savaş olacağını ehtimal etmirəm. Çünki bəzi mənbələrin məlumatına görə,  Rusiya ilə ABŞ arasında əsir mübadiləsi aparılan gün Tehrana da bir naməlum təyyarə enib və İran rəhbərliyinə İsraillə müharibəyə getməməsi haqda xəbərdarlıq edilib. Bu səbəbdən də İran “HƏMAS” liderinin qətli ilə bağlı yalnız hansısa uyğun zamanda məhdud bir çərçivəli müvafiq bir cavab verə bilər. Ancaq genişmiqyaslı savaş, dediyim kimi, istisna olunur”, -deyə davamında analitik vurğulayıb.
 
Sultan Laçın
 
Link kopyalandı!
Son xəbərlər