Bizi sosial şəbəkələrdən izləyin:
Ruslar Ukrayna taxılının ixracı üçün yeni logistik marşrut yaradıblar...
Rusiya işğalçıları Ukraynanın müvəqqəti işğal olunmuş ərazilərindən İrana taxıl daşıyırlar.
Moderator.az "TSN"-ə istinadla xəbər verir ki, bu barədə Ukrayna Milli Müqavimət Mərkəzinin məlumatında bəhs edilir.
Məlumatda bildirilir ki, ruslar Ukrayna taxılının ixracı üçün yeni logistik marşrut yaradıblar. O cümlədən kənd təsərrüfatı məhsulları Luqansk vilayətindən qatarla Xəzər dənizinə, daha sonra isə İrana ixrac edilir.
“Eyni zamanda, Kreml Xerson vilayətində məhsuldarlığın aşağı düşməsindən narahatdır. Baxmayaraq ki, buna səbəb Kaxovka su elektrik stansiyasının bəndinin partladılması nəticəsində regional suvarma sisteminin Kremlin özü tərəfindən məhv edilməsidir”, -deyə xəbərdə bildirilir.
Xatırladılır ki, bir müddət əvvəl işğalçıların Ukraynadan taxıl ixracının miqyasını artırmaq istədiyi bildirilirdi.
S.Laçın