“Biz Şanxay Əməkdaşlıq Təşkilatına da, Avrasiya İqtisadi İttifaqına da, BRİKS-ə də üzv olmalıyıq”
Ekskluziv
Oxunub: 2649
22 Aug 2024 | 08:09
“Biz Şanxay Əməkdaşlıq Təşkilatına da, Avrasiya İqtisadi İttifaqına da, BRİKS-ə də üzv olmalıyıq”

“Korrupsiya faktı ilə bağlı dövləti məlumatlandıranlar qorunmalı və mükafatlandırılmalıdır”

 

“Parlamentin səlahiyyəti artırılmalı, onun hökumətə nəzarət imkanları genişləndirilməlidir”

 

“Ölkəmizdə güclü məhkəmə hakimiyyətinin formalaşmasına ehtiyac var”

 

Qüdrət Həsənquliyev: “Ölkəmizi terrordan qoruyan DTX və DİN-nin peşəkarlığı ilə yanaşı, həm də uğurlu diplomatiyamızdır”

 

Qarşıdan gələn parlament seçkiləri, eləcə də Rusiya prezidentinin ölkəmizə səfəri, Ermənistanın sürətlə silahlanlanmaqda davam etməsi və s. son günlərin ən çox müzakirə edilən hadisələrindəndir.

 

Moderator.az olaraq Ədalət, Hüquq, Demokratiya Partiyasının sədri Qüdrət Həsənquliyevlə söhbətimizdə bu məsələləri şərh etməyə çalışdıq:

 

-Qüdrət bəy, 1 sentyabrda ölkəmizdə növbədənkənar parlament seçkilləri keçiriləcək. Sizcə parlamentdə milli-vətənpərvər qüvvələrin təmsilçiliyi xalqımızın, dövlətimizin maraqlarının müdafiəsi baxımından nə dərəcədə önəmlidir?

 

-Vətənpərvər olmayan adamlar adamlar ümumiyyətlə parlamentə düşməməlidir. Seçicilər də seçim edən zaman,  bu amilə xüsusi diqqət yetirməlidirlər.

 

Hakim partiya torpaqlarımızı işğaldan azad edib. Azad edilən torpaqlarda böyük bərpa-quruculuq işləri gedir. Iqtidarın reytinqi həmişəkindən daha yüksəkdir. Bununla yanaşı, bu gün  həm də parlamentdə müxalifətdə olan vətənpərvər siyasətçilər təmsil olunmalıdırlar. Bu seçkilərdə müxalifət seçkiləri udmaq yox, parlamentdə təmsil olunmaq və fraksiya yaratmaq  uğrunda mübarizə aparır. Parlamentdə fraksiyaların mövcudluğu  siyasi rəqabət mühitinin güclənməsi, parlamentin ölkənin ictimai-siyasi həyatındakı rolunun daha da genişlənməsi baxımından vacibdir.

 

Düşünürəm ki, iqtidar da ölkədə yeni konstitusiya islahatlarının aparılmasının zəruriliyinin fərqindədir. Parlamentin səlahiyyəti artırılmalı, onun hökumətə nəzarət imkanları genişləndirilməlidir. Bu, biznes mühitinin yaxşılaşması, iqtisadiyyatın inkişafı, qanunun aliliyinin daha yüksək səviyyədə təmini baxımından da önəmlidir. Parlamentdən mənim gözləntilərim budur.

 

Bizim seçkidən öncə iqtidar partiyasına  müraciətimiz oldu. Müraciətdə qeyd etmişdik ki, iqtidar 83-dən artıq dairədə namizədlərini irəli sürməsin. Konstitusiya qanunların qəbulu üçün 83 səs çoxluğu lazımdır. Iqtidar 83-dən artıq namizəd irəli sürməsin ki, digər dairələrdə başqa siyasi partiya və bitərəf ictimai-siyasi xadimlərin mübarizə aparmaq imkanları olsun, fraksiyaların yaranması üçün zəmin yaransın. İqtidar bizim bu təklifimizi nəzərə almasa da, bəzi dairələrdə çox da güclü namizədlərlə çıxış etməyib. Bu da parlamentə başqa partiyaların namizədlərinin düşməsinə,  parlamentin çoxpartiyalılıq əsasında fəaliyyət göstərsinə imkan verəcək.

 

Hesab edirəm ki, növbəti parlament  daha güclü tərkibdə formalaşacaq.

 

-Məmurların müxtəlif dövrlərdə xaricə daşıdığı oğurluq pulların, habelə xaricdə  qanunsuz şəkildə əldə etdikləri daşınmaz əmlakların müsadirə olunaraq dövlətimizə qaytarılması hər zaman əsas müzakirə mövzularından biri olub və bu gün də aktualdır. Sizcə bu istiqamətdə konkret hansısa addımlar atılmalıdırmı?

 

-Ümumiyyətlə, ölkədə korrupsiyaya qarşı mübarizə gücləndirilməlidir. Amma bunun üçün mütləq məhkəmə-hüquq islahatları dərinləşdirilməlidir. Dünyanın heç bir ölkəsində oğurluq yolla əldə edilmiş vəsaitləri tam olaraq geri qaytarmaq həmişə mümkün olmur. Bəzi hallarda oğurluq pula ev sahibliyi edən ölkələr də, bu pulu aid olduğu dövlətə qaytarmaqda maraqlı olmurlar. Baxmayaraq ki, oğurluq pulların geri qaytarılması ilə bağlı nümunələr var. Amma bu nümunələr çox deyil.

 

Əsas diqqət şəffaflığın artırılmasına yönəldilməlidir. Çalışmaq lazımdır ki, kimlərsə qanunsuz yollarla  pul qazana, büdcə vəsaitini oğurlaya bilməsinlər. Bunun üçün kompleks islahatlar həyata keçirilməlidir. Korrupsiyaya qarşı mübarizə komissiyasının yeni tərkibdə formalaşdırılmasına diqqət yetirilməlidir.

 

Vaxtiylə təklif etmişdik ki, bu komissiya korrupsiyanın subyekti olan şəxslərdən formalaşmasın. Orada icra hakimiyyətində, parlamentdə çalışanlar olmamalıdır. Bu komissiyada yalnız nüfuzlu hüquqşünaslar, ictimai xadimlər, iqtisadçılar olmalıdır. Sözügedən komissiya prezidentin yanında fəaliyyət göstərməlidir. Onun üzvləri tam müstəqil şəxslər olmalı,başqa vəzifə tutmamalıdırlar.Kommissiyanın iclaslarına müxtəlif  şəxslər  tutduqları vəzifələrə görə dəvət oluna bilərlər.

 

Düşünürəm ki, kompleks islahatlar keçirilsə, biznes mühiti yaxşılaşsa, bu bəlaya qarşı effektli mübarizə apara bilərik. Bunun tam kökünü kəsmək isə heç bir ölkəyə müyəssər olmayıb. Bizdə də buna tam nail olmaq çətindir. Amma korrupsiyaya qarşı səmərəli mübarizəni təşkil etmək mümkündür. Bunun üçün isə mütləq məhkəmə-hüquq islahatları nəticəsində güclü məhkəmə hakimiyyəti formalaşmalı və qanunvericiliyə elə dəyişikliklər etmək lazındır ki, vətəndaşlar hüquq-mühafizə orqanlarına inansınlar. Belə korrupsiya faktları haqqında məlumatları hüquq-mühafizə orqanlarına ötürməkdən çəkinməsinlər. Bu cür məlumatları ötürən şəxslərin təhlükəsizliyi təmin olunsun və onlar dövlət tərəfindən mükafatlandırılsın.

 

Prokurorluq orqanlarında çalışmış bir şəxs kimi deyə bilərəm ki, kompleks islahatlar aparılmadan, yalnız hüquq-mühafizə orqanlarının gücü ilə bu problemin öhdəsindən gəlmək mümkünsüzdür.

-18-19 avqust tarixində Rusiya prezidentinin ölkəmizə səfəri baş tutdu. Bu səfəri və onun nəticələrini milli maraqlarımız baxımından necə dəyərləndirirsiniz?

 

-Bildiyiniz kimi, Putin ölkəmizdə yüksək səviyyədə, xüsusi ehtiramla qarşılandı. Mən hər zaman söyləmişəm ki, Rusiyada hansı siyasi rejimin mövcudluğundan, kimin hakimiyyətdə olmasından asılı olmayaraq,  biz Rusiya ilə dost olmağa çalışmalıyıq.

 

Putinə bu səfər lazım idi. Düşünürəm ki, o, bu görüşdən müəyyən müsbət dividentlər qazandı.

 

Bəziləri Azərbaycan iqtidarını ittiham edir ki, niyə Beynəlxalq Cinayət Məhkəməsi tərəfindən axrarışa verilmiş şəxsi Azərbaycanda belə hörmətlə qarşıladılar. Əvvəla, ona görə ki, Azərbaycan Roma statutuna qoşulmayıb. Buna görə də bizim həmin məhkəmə qarşısında heç bir öhdəliyimiz yoxdur.

 

İkincisi, söhbət Rusiyanın Ukrayna ərazisini işğal etməsindən gedirsə, mən digər bir nümunəni yada salmaq istəyirəm. Ermənistan o vaxt bizim torpaqlarımızı işğal eləmişdi. Köçəryanı, Sərkisyanı AŞPA-da alqışla qarşılamırdılar? Köçəryanı ABŞ böyük hörmətlə, ehtiramla qarşılamadımı? Ermənilər də bizim torpaqlarımızı işğal eləmişdilər. İşğal etdikləri şəhər və kəndlərdə daşı-daş üstündə qoymamışdılar. AŞPA, ABŞ öz  maraqlarından çıxış edərək işğalçını ehtiramla  qarşılayırdılar.Onların kiçik Ermənistandan heç bir asılılığı yox idi,amma bunu edirdilər. Azərbaycanın dövlət maraqları da Rusiya ilə münasibətləri qoruyub saxlamağı tələb edir. Bizim orada iki milyon soydaşımız var. Rusiya Federasiyasının tərkibində 8 türk respublikası mövcuddur. Orada 30 milyona yaxın müsəlman yaşayır. Biz isə həm müsəlman, həm də türk ölkəsiyik.

 

Rusiya 44 günlük müharibədə öz bitərəfliyini qoruyub saxladı. Hansı ki, Putinə bu məsələdə xaricdən çox böyük təzyiqlər var idi. Vaxtiylə Qorbaçov və Yeltsin bu cür təzyiqlərə davam gətirməyərək Birinci Qarabağ müharibəsində Ermənistanın yanında yer aldılar. Putin isə Azərbaycanın öz torpaqlarını azad etməsinə mane olmadı. Rusiya sonrakı dönəmdə vasitəçilik missiyası həyata keçirdi. Kəlbəcəri, Ağdamı, Laçını bir əsgər belə itirmədən azad etdik. Erməni separatçıları Qarabağdan çıxıb getdi və heç kim bizi ittiham edə bilmədi ki, onlara qarşı soyqırım törətdiniz. Rusiyanın bu məsələlərdə doğrudanmı xidmətləri yox idi? Əlbəttə, var idi!

 

Rusiya istəsəydi öz sülhməramlılarının Qarabağda qalmasını 2025-ci ilə qədər təxirə sala bilərdi. Amma buna baxmayaraq, onları Azərbaycandan çıxardı və imkan vermədi ki, Qərbin əlində oyuncağa çevrilən adamlar təbliğat apararaq gərginlik yaratsınlar. Rusiya bu gün Şimal-Cənub dəhlizinin açılmasında xeyli səy göstərir, Rəşt-Astara dəmir yolunun çəkilməsini istəyir. Bu dəmiryolu çəkilsə, Azərbaycan bundan böyük fayda götürəcək. Baxın, Çindən gələn yüklər Bəndərabbas limanına gəlir, oradan avtomobillərlə Azərbaycana daşınır. Amma biz bilirik ki, avtomobil daşımaları ilə müqayisədə dəmir yolu daşımaları daha ucuzdur. Bizim maraqlarımız Rusiya ilə əməkdaşlığı tələb edir. Prezident də çıxışında bildirdi ki, Rusiya ilə əməkdaşlıq bölgədə təhlükəsizliyə töhfə verir. Belə olan halda niyə Rusiya ilə əməkdaşlıq eləməyək?

 

Putinin Azərbaycana səfəri dövlət maraqlarımıza cavab verir və prezident də bunu nəzərə alaraq onu yüksək səviyyədə qəbul elədi. Hesab edirəm ki, Azərbaycan da bu səfərdən faydalanacaq.

 

-Son günlər həm də Azərbaycanın BRİKS-ə üzvlüyü məsələsi gündəmdədir. Sizcə bu quruma üzvlük Azərbaycanın maraqlarına cavab verirmi?

 

-Bugünlərdə bəzi media orqanları bunu Putinin səfəri ilə əlaqələndirdi və bildirdilər ki, guya bu səfərdən sonra Azərbaycan BRİKS-ə qoşulmaq üçün müraciət edib. Halbuki, belə deyil. Azərbaycan bundan çox əvvəl BRİKS-ə qoşulmaq üçün müraciət etmişdi. Çinlə imzalanmış ikitərəfli sazişdə də ölkəmizin BRİKS-ə qoşulması ilə bağlı xüsusi müddəa mövcuddur.

 

Azərbaycan uzun müddətdir ki, bu quruma üzv olmaq istəyir. Mən istərdim ki, Azərbaycan Şanxay Əməkdaşlıq Təşkilatına, Avrasiya İqtisadi İttifaqına da üzv olsun.

 

Yalnız böyük iqtisadi birliklər çərçivəsində, beynəlxalq müqavilələr və qanunlarla qorunan iqtisadi münasibətlər olacaqsa, o zaman bizdə biznes inkişaf edəcək. Açıq deyək ki, özümüzdə müstəqil şəkildə azad biznes mühiti yarada bilmirik. Beynəlxalq qanunlarla qorunan iqtisadi münasibətlər çərçivəsində bizim iqtisadiyyatımzı daha sürətlə inkişaf edəcək. Mən iqtisadiyyatımızın inkişafını bunda görürəm.

 

Niyə Azərbaycan Ümumdünya Ticarət Təşkilatına (ÜTT) üzv olmur? Əslində Azərbaycan ÜTT-na da üzv olmalıdır. Rusiya da, Ermənistan da, Gürcüstan da bu qurumun üzvüdür. ÜTT-yə üzvlük iqtisadiyyatımızın inkişafına əlavə töhfə verə bilər.

 

-44 günlük Vətən müharibəsindən sonra Ermənistan sürətlə silahlanmaqla yanaşı, həm də Avropa İttifaqının yarıhərbi missiyasına, ABŞ və Fransa təlimatçılarımna da qucaq açdı. Sizcə Ermənistanın sürətli silahlanması fonunda, həm də bölgəni Qərbin plasdarmına çevirməsi regiona, regionun təhlükəsizliyinə nə vəd edir?

 

-Ermənistan hazırda Rusiyadan sanki küsüb. Elə hesab edir ki, Rusiya onun işğalçılıq siyasətini davamlı olaraq müdafiə etməli idi. Ermənistan öz davranışları ilə  deyir ki, sən ki, mənim işğalçılıq siyasətimə dəstək verməmisən, müharibədə mənə kömək eləməmisən, mən də sənə qarşı olan ölkələrlə əməkdaşlıq edəcəm.

Ermənistan reallıq hissini itirib. Ukrayna da bəzi reallıqları nəzərə ala bilmədi və bu gün böyük güclərin toqquşduğu arenaya çevrildi. Ukrayna dövləti və xalqı bundan heç nə qazanmır. 7 milyon insan ölkəni tərk edib, 100 minlərlə insan isə həlak  və ya şikəst olub. Şəhərlər, kəndlər viran qalıb. Müharibənin isə sonu görsənmir.

 

Ermənistan bölgəyə kənar gücləri gətirməklə nəyə nail olmaq istəyir, doğrusu, bunu anlamaq mümkün deyil. Nə qədər qüvvə gətirsən də, regiondakı güclər bunu istəmirsə, regional gücləri özünə düşmən edirsənsə, bundan necə bir fayda götürə bilərsən? Bizim gözəl bir məsəlimiz var, deyir ki, yaxın qonşu uzaq qohumdan yaxşıdır. Sənin həyatın da, təhlükəsizliyin də öz qonşularınla bağlıdır. Sabah müharibə olsa, Ermənistan ona verilən silahlarla kiməsə atəş aça, müəyyən zərər vura bilər. Bəs bu qarşıdurmada balaca Ermənistandan geriyə nə qalacaq? Bunu anlamaq üçün böyük zəka sahibi olmağa ehtiyac yoxdur.

 

Liderlər özlərinin xarici siyasəıtini müəyyələnləşdirəndə mütləq daxili faktorları nəzərə almalıdır. Biz öz xarici siaysətimizi müəyyənləşdirəndə nəyi nəzərə alırıq? İlk növbədə müsəlman ölkəsi olmağımızı nəzərə alırıq. Bizim İsraillə müttəfiqlik münasibətimiz olsa da, İsrail bizi beynəlxalq təşkilatlarlda birmənalı şəkildə dəstəkləsə də, Fələstin məsələsində Azərbaycan İsrailin yanında durmur. Biz müsəlmanların qətlə yetirilməsini, İsrailin aşırı güc tətbiqini ədalətsiz hesab edirik. Azərbaycan öz dostlarının, müttəfiqlərinin yanında o zaman daynır ki, onlar haqlıdırlar. Biz Ukrayna savaşında da Rusiyanın yanında deyilik. Baxmayaraq ki, 2022-ci ildə Rusiya ilə müttəfiqlik haqqında saziş imzalamışıq. Biz beynəlxalq hüququn yanındayıq.

 

Biz həm də türkük və buna görə də türk dövlətləri ilə əlaqələrə xüsusi önəm veririk. Türk Dövlətləri Təşkilatında dövlətlərin daha sıx inteqrasiyasının tərəfdarıyıq və s.

 

Ölkənin daxili siyasətini formalaşdıranda da xarici faktorlar nəzərə alınmalıdır. Gürcüstandakı  islahatların sonu Abxaziya və Osetiyanın itirilməsi ilə nəticələndi. Ermənistan islahatlarla özünü Rusiyanın dəstəyindən məhrum elədi. Bu isə bizə imkan yaratdı ki, torpaqlarımızı işğaldan azad edək.

 

Dövlət həyatı çətin və mürəkkəbdir. Bizim kimi strateji əhəmiyyətli coğrafiyada yerləşən ölkə üçün isə bu, xüsusilə çətindir. Böyük güclərin hamısının bu coğrafiyada marağı var. Azərbaycan bu səbəbdən də balanslaşdırma siyasətinə xüsusi diqqət yetirir. Biz Çinlə, Qərblə, ABŞ-la, Rusiya ilə münasibətləri elə səviyyədə saxlamağa çalışırıq ki, onlar ölkəmizdə sabitliyin pozulmasında, vətəndaş qarşıdurmasının baş verməsində  maraqlı olmasınlar.

 

Bu gün Rusiyada, Türkiyədə, İranda terror aktları baş verir. Allaha şükürlər olsun ki, ölkəmizdə bu cür terror aktları baş vermir. Bunun bir səbəbi DTX-nın, DİN-nin peşəkar fəaliyyəti ilə bağlıdırsa, digər səbəbi uğurlu diplomatiyamız ilə bağlıdır. Bu mənada İrəvanın tutduğu yol yanlışdır və bu, Ermənistanın özü üçün yaxşı heç nə vəd etmir.

 

Ardı var...

 

Seymur ƏLİYEV

Oxşar xəbərlər
08:06, Bu gün
Nazir: Qarabağ və Türkiyə-Azərbaycan universitetlərinin qəbul planı dolub
08:00, Bu gün
Limonun zərərli xüsusiyyətləri açıqlanıb
07:50, Bu gün
Rusiya işğal etdiyi Ukrayna ərazilərindən taxılı İrana daşıyır...
22 Aug 2024 | 23:46
Səttar Möhbalıyev istefa verdi
22 Aug 2024 | 23:00
"Zirə" "Omoniya"ya 6-0 məğlub oldu
22 Aug 2024 | 22:53
“Onun üçün çox darıxıram”
22 Aug 2024 | 22:48
Bu ölkədə təyyarə qəzası: 5 nəfər öldü
22 Aug 2024 | 22:40
İnsanları qocaldan qidalar
22 Aug 2024 | 22:34
İnfluenser  həyat yoldaşının İtaliya tətili
22 Aug 2024 | 22:26
Bu ölkədə meymunçiçəyinə yoluxmada kəskin artım
22 Aug 2024 | 22:18
Yaddaşı gücləndirir, konsentrasiyanı artırır
22 Aug 2024 | 22:10
Bu 3 SƏHV saçları tökürmüş – Hamı edir
22 Aug 2024 | 22:00
Evinin tualetində olarkən piton cinsiyyət orqanını dişlədi – FOTO
22 Aug 2024 | 21:52
İsrail Abbasın təklifini rədd etdi
22 Aug 2024 | 21:47
"Zirə" - "Omoniya" matçında hesab açıldı - CANLI/YENİLƏNİR
22 Aug 2024 | 21:40
Kürd agenti canlandıran aktrisadan açıqlama
22 Aug 2024 | 21:33
Bu göbələk olduqca faydalıdır
22 Aug 2024 | 21:28
Krımda raket təhlükəsi: körpüdə hərəkət dayandırıldı
22 Aug 2024 | 21:20
Şuşa Dövlət Qoruğundan turistlərə müraciət -VİDEO
22 Aug 2024 | 21:13
Panik atak nədir, simptomları və yaranma səbəbləri
22 Aug 2024 | 21:05
Azərbaycanda ilk dəmir yolu qalereyası inşa olunur
22 Aug 2024 | 21:01
SON DƏQİQƏ! Ukrayna Rusiyanın ən böyük limanını partlatdı – VİDEO
22 Aug 2024 | 20:57
"Ukrayna Zaporojye AES-ə nəzarəti bərpa edə bilər, amma bir şərtlə" - EKSPERT RƏYİ
22 Aug 2024 | 20:53
Təmsilçimiz Çempionlar Liqasında darmadağınla qalib gəldi
22 Aug 2024 | 20:45
Tacir Şahmalıoğlunun Ağdamdakı evi - Video
22 Aug 2024 | 20:38
“Kupça“sı olmayanların NƏZƏRİNƏ! – Yeni sənəd… – VİDEO
22 Aug 2024 | 20:31
Millət vəkili jurnalistin başına qapaz vurdu – ŞOK VİDEO
22 Aug 2024 | 20:23
Yoxsulluğun lənəti: Ailədə olduğunun beş əlaməti və təmizləməyin YOLLARI
22 Aug 2024 | 20:16
Paytaxt sakinlərinin NƏZƏRİNƏ – Bu gün 23:59-dan etibarən…
22 Aug 2024 | 20:08
Ac qarına kişmiş yeməyin faydaları
22 Aug 2024 | 20:00
Aİ soyuq havalar üçün rekord qaz ehtiyatı yığıb
22 Aug 2024 | 19:55
Rusiyalı milyarder saxlanıldı
22 Aug 2024 | 19:48
Qəzzada ölənlərin sayı artır
22 Aug 2024 | 19:40
Hoteldə yanğın baş verib, 6 nəfər ölüb
22 Aug 2024 | 19:34
Yuxuda makiyaj etmək nə deməkdir?
22 Aug 2024 | 19:28
Məzuniyyətə gələn əsgəri küçədə öldürdülər
22 Aug 2024 | 19:20
"Bluetooth" vasitəsilə istənilən cihazı sındırmaq olar" - Ekspert
22 Aug 2024 | 19:10
Hamilə xanımların nəzərinə! - “Bu qida qan azlığının qarşısını almaqda  önəmli rol oynayır”
22 Aug 2024 | 19:03
Azərbaycanda restoranda saxta alkoqollu içkilər aşkarlandı – FOTO
22 Aug 2024 | 18:57
“QRU” agenti jurnalist adıyla Xocavənd sakinləri ilə necə görüş keçirib?..-FOTO
22 Aug 2024 | 18:56
Prezident və birinci xanım Daşkənddə Ümummilli Liderin barelyefi önünə gül dəstələri qoyublar
22 Aug 2024 | 18:50
Üç bürc 25 avqusta qədər münasibətlərdə çətinliklərlə üzləşəcək – XƏBƏRDARLIQ
22 Aug 2024 | 18:42
Suriyalı qadın onu narahat edən kişini bu hala saldı – VİDEO
22 Aug 2024 | 18:37
Niyə bir çox amerikalı “iPhone 16” ala bilməyəcək?
22 Aug 2024 | 18:30
İşğaldan azad olunan ərazilərə köçürülən əhalinin SAYI AÇIQLANDI – FOTO
22 Aug 2024 | 18:23
8 yaşlı uşaq 40 metr hündürlükdən gölə düşüb öldü
22 Aug 2024 | 18:15
Dəniz okeandan nə ilə fərqlənir?
22 Aug 2024 | 18:08
Elektron siqaretlər zərərlidirmi?
22 Aug 2024 | 18:00
Kitabları və qəzeti televizorun yanına qoymayın – SƏBƏB
22 Aug 2024 | 17:54
Taksi sürücülərinin ÜSYANI: “Cərimələri ləğv etsinlər, imtahanı neyləyirik?” – Reportaj + FOTO
22 Aug 2024 | 17:49
““TikTok”u olmayan qız axtarıram”
22 Aug 2024 | 17:44
Prezidentin səfəri: "Strateji müttəfiqlik səviyyəsinə yüksələn Azərbaycan-Özbəkistan əlaqələri" - ŞƏRH
22 Aug 2024 | 17:38
Azərbaycan və Qazaxıstan hərbçiləri birgə təlimdə - FOTOLAR
22 Aug 2024 | 17:33
“Neftçi” onunla yollarını ayırdı - FOTO
22 Aug 2024 | 17:27
Aygün Bəylərin prodüserindən ŞOK AÇIQLAMALAR – “Tezliklə onları İFŞA edəcəm”
22 Aug 2024 | 17:20
Nigar qızı ilə VİDEO paylaşdı
22 Aug 2024 | 17:14
Prezident Daşkənddə Müstəqillik abidəsini ziyarət etdi - YENİLƏNİB + FOTO
22 Aug 2024 | 17:09
"Əliyev Azərbaycanın prezidentidir və öz millətinin maraqlarından çıxış edir" - ukraynalı politoloq
22 Aug 2024 | 17:03
Sosial yardım təyin ediləndə kimlər ailə üzvü kimi nəzərə alınmır? – CAVAB
22 Aug 2024 | 16:58
"Nikosayağı"nın qəzaya düşdüyü avtomobilin VİDEOsu
22 Aug 2024 | 16:52
Sabahdan seçki bülletenlərinin dairə seçki komissiyalarına verilməsinə başlanılır
22 Aug 2024 | 16:46
Xalq artisti: “Bu gün efirə köynəksiz çıxıb, əxlaqsız ifadələr işlətmək olar”
22 Aug 2024 | 16:40
Deputatlığa namizəd Günay Ağamalı Salyan rayonunun fərdi yaşayış evində seçicilərlə görüşdü - FOTO/VİDEO
22 Aug 2024 | 16:33
Azərbaycan-Rusiya münasibətləri yeni mərhələdə
22 Aug 2024 | 16:27
Dövlət Komitəsində finlandiyalı qonaqlarla görüş keçirilib - FOTO
22 Aug 2024 | 16:16
Ukrayna dronları Volqoqrad vilayətindəki "Marinovka" hərbi hava limanına zərbələr endirdi
22 Aug 2024 | 16:10
"...130 manat cərimə tələb olunur" - Ölkədəki internet problemi ilə bağlı SON DƏQİQƏ AÇIQLAMASI
22 Aug 2024 | 16:04
Baş prokuror Şəkidə vətəndaşları qəbul edəcək
22 Aug 2024 | 15:59
Azərbaycan və Özbəkistanın üç şəhəri qardaşlaşdı
22 Aug 2024 | 15:54
Tacir Şahmalıoğlunun Ağdamdakı evi - VİDEO
22 Aug 2024 | 15:52
“Fərqli xarakterlər, zövqlər, düşüncələr olmalıdır ki…” - Qadın-kişi münasibətlərində tərəflərin istəyi nədir?
22 Aug 2024 | 15:47
Abşeronda qanunsuz tikili söküldü - VİDEO
22 Aug 2024 | 15:42
Prezident Ümummilli Liderin barelyefi önünə gül dəstələri qoydu - FOTO
22 Aug 2024 | 15:37
Əli Əsədov qərar imzaladı
22 Aug 2024 | 15:31
"Binance" 2024-cü ildə istifadəçilərin 2,4 milyard dollar məbləğində potensial itkisinin qarşısını alıb
22 Aug 2024 | 15:25
“Məhkəmədə vəhy gəlmir, yoxsa ilahi gücümü göstərərdim” - FOTO
22 Aug 2024 | 15:20
İsmayıllıda selin bəzi yollarda yaratdığı fəsadlar aradan qaldırılıb - VİDEO
22 Aug 2024 | 15:18
Prezident xanımı ilə Özbəkistana getdi
22 Aug 2024 | 15:15
Laçında ikigünlük oftalmoloji səyyar müayinələr keçirilir - FOTO
22 Aug 2024 | 15:09
Son sutkada 66 yanğına çıxış olub - FHN
22 Aug 2024 | 15:03
Gürcüstan Azərbaycana yeni səfir göndərəcək
22 Aug 2024 | 14:57
"Bütün maneələri təcili olaraq dəf edin və sazişə gəlin" - Bayden
22 Aug 2024 | 14:51
Boşanma uşaqlara necə təsir edir? - BUNLARA DİQQƏT EDİN
22 Aug 2024 | 14:45
Bakıda məktəbdə yanğın oldu
22 Aug 2024 | 14:39
"Uşaqlarım olmasaydı, torpağı qazıb yanında yatardım" - VİDEO
22 Aug 2024 | 14:33
Qüdrət Həsənquliyevin seçki kampaniyası çərçivəsində seçicilərlə görüş keçirildi - FOTO
22 Aug 2024 | 14:27
Əhaliyə ŞAD XƏBƏR: Əməkhaqqı artdı
22 Aug 2024 | 14:21
Mərkəzi Seçki Komissiyası nəzdində Mətbuat qrupunun iclası keçirildi - FOTO
22 Aug 2024 | 14:14
Anar Məmmədlinin həbs müddəti uzadıldı
22 Aug 2024 | 14:08
Ağstafada oğurluq və soyğunçuluq cinayətləri törədən şəxs saxlanıldı - FOTO/VİDEO
22 Aug 2024 | 14:02
Çətinliklə qarşılaşan valideynlər - üç minə yaxın uşaq niyə birinci sinfə QƏBUL EDİLMƏYİB?
22 Aug 2024 | 13:56
Soyuducuya duz qoyun: böyük problemdən həmişəlik xilas olun
22 Aug 2024 | 13:50
"Rusiyada geniş səfərbərlik olacaq, lakin Putin bunu "səssiz" edəcək" - "Bild" nəşri
22 Aug 2024 | 13:44
"Kişilikdən dərs keçəcək ən axırıncı adamsan" - FOTO
22 Aug 2024 | 13:38
Baş idarədən əməliyyat: Sayt rəhbərləri həbs edildi - FOTO
22 Aug 2024 | 13:32
Penitensiar Xidmət Ülvi Həsənli ilə bağlı iddiaya münasibət bildirdi
22 Aug 2024 | 13:26
Banklar dollar satmaqdan imtina etdi
22 Aug 2024 | 13:20
"Həyat yoldaşımın 5 sevgilisi ilə tanış olmuşam" - VİDEO
22 Aug 2024 | 13:14
Ali məktəblərə qəbulun nəticələri nə vaxt elan olunacaq? - RƏSMİ AÇIQLAMA
22 Aug 2024 | 13:09
Sabah bəzi yerlərdə temperatur 40 dərəcəyə çatacaq - PROQNOZ
GÜNLÜK
22 Aug 2024 | 14:27
Əhaliyə ŞAD XƏBƏR: Əməkhaqqı artdı
22 Aug 2024 | 08:49
Putinin Qərblə dəyişdiyi məhbuslardan biri "ispan jurnalisti" adıyla Şuşaya gəlmiş “QRU” agenti olub...
22 Aug 2024 | 09:56
Paşinyan Kərkidən yan keçdi...- "Hraparak"
22 Aug 2024 | 12:20
“Hər bir binanın altı ayrıca öyrənilməlidir ki, dağıntı az olsun, Bakıda elə binalar var ki...” - Qurban Yetirmişlidən XƏBƏRDARLIQ - ÖZƏL
22 Aug 2024 | 10:01
“Bıçağı əlinə verib ki, get onu düz ürəyindən vur, ona halallıq vermirəm”-Aktrisadan ETİRAF-FOTO+ÖZƏL
22 Aug 2024 | 17:27
Aygün Bəylərin prodüserindən ŞOK AÇIQLAMALAR – “Tezliklə onları İFŞA edəcəm”
22 Aug 2024 | 10:34
“Putin o vaxtdan Azərbaycana gəlmək istəyirdi... Lakin...”
22 Aug 2024 | 08:32
Ukrayna bu tarixdə hücuma keçəcək
22 Aug 2024 | 13:20
"Həyat yoldaşımın 5 sevgilisi ilə tanış olmuşam" - VİDEO
22 Aug 2024 | 08:38
Universitetə girənlər ən çox nə ilə qarşılaşır? – Bunlara diqqət edin
HƏFTƏLİK
17 Aug 2024 | 20:20
"İlhamə Quliyeva mənə televiziyalarda qadağa qoydurmuşdu, indi məzarının üstündə klounluq edirlər"-ÖZƏL
19 Aug 2024 | 09:42
Kimlərə üzüm yemək QƏTİ QADAĞANDIR
19 Aug 2024 | 22:31
Çayı nə ilə içmək xeyirdir?
17 Aug 2024 | 13:32
Xalq artistinə şillə vuran, məşhur aktrisaya görə az qala ailəsi dağılan aktyorumuz: "Türkan Şoray başıma elə oyun açdı ki..."-ÖZƏL+FOTOLAR
21 Aug 2024 | 09:07
“Zəngəzur dəhlizi açılacaq!”
17 Aug 2024 | 17:12
Bu tarixdə doğulanların nəzərinə...
18 Aug 2024 | 18:37
Bu pişiklərin mənzildə saxlanması QƏTİ QADAĞANDIR 
18 Aug 2024 | 13:16
Müdafiə Nazirliyi məlumat yaydı - VİDEO
18 Aug 2024 | 19:30
Zəkanın aşağı olduğunu göstərən BEŞ DAVRANIŞ 
18 Aug 2024 | 17:09
Yaxın 24 saat ərzində 9 bal gücündə zəlzələ OLACAQ - Alimlərdən XƏBƏRDARLIQ
AYLIQ
22 Aug 2024 | 14:27
Əhaliyə ŞAD XƏBƏR: Əməkhaqqı artdı
22 Aug 2024 | 08:49
Putinin Qərblə dəyişdiyi məhbuslardan biri "ispan jurnalisti" adıyla Şuşaya gəlmiş “QRU” agenti olub...
22 Aug 2024 | 09:56
Paşinyan Kərkidən yan keçdi...- "Hraparak"
22 Aug 2024 | 12:20
“Hər bir binanın altı ayrıca öyrənilməlidir ki, dağıntı az olsun, Bakıda elə binalar var ki...” - Qurban Yetirmişlidən XƏBƏRDARLIQ - ÖZƏL
22 Aug 2024 | 10:01
“Bıçağı əlinə verib ki, get onu düz ürəyindən vur, ona halallıq vermirəm”-Aktrisadan ETİRAF-FOTO+ÖZƏL
22 Aug 2024 | 17:27
Aygün Bəylərin prodüserindən ŞOK AÇIQLAMALAR – “Tezliklə onları İFŞA edəcəm”
22 Aug 2024 | 10:34
“Putin o vaxtdan Azərbaycana gəlmək istəyirdi... Lakin...”
22 Aug 2024 | 08:32
Ukrayna bu tarixdə hücuma keçəcək
22 Aug 2024 | 13:20
"Həyat yoldaşımın 5 sevgilisi ilə tanış olmuşam" - VİDEO
22 Aug 2024 | 08:38
Universitetə girənlər ən çox nə ilə qarşılaşır? – Bunlara diqqət edin