Bizi sosial şəbəkələrdən izləyin:
Partlayış qonşu şəhərdən də görünüb...
Rostov vilayətində, Proletarsk şəhəri yaxınlığında artıq 5-ci gündür ki, yanan neft anbarında daha bir yanacaq çəni partlayıb.
Moderator.az bu haqda "TSN"-ə istinadla məlumat yayıb.
Sakinlər tərəfindən sosial şəbəkələrdə uyğun videolar yerləşdirilib. Yerli təbliğatçılar bildirirlər ki, avqustun 18-dən yanğının davam etdiyi Proletarsk şəhərindəki obyektdə partlayış avqustun 22-nə keçən gecə baş verib.
Sakinlər bildiriblər ki, partlayış nəticəsində yaranan qapqara tüstü hətta 30 kilometr aralıda yerləşən qonşu Salsk şəhərindən də görünür.
Xatırladılır ki, bundan əvvəl rusların Rostov vilayətində 5-ci gündür yanan neft anbarını dualarla söndürməyə çalışdığı bildirilib.
Bundan əlavə, Rusiya Federasiyasının Rostov vilayətində pilotsuz təyyarənin hücumundan sonra neft bazasında baş verən yanğınla əlaqədar fövqəladə vəziyyət rejiminin tətbiq edildiyi də xəbər verilib.
S.Laçın