Cümşüd Nuriyev: “Bu, hər şeydən öncə zamanın hökmüdür”
“Zəngəzur dəhlizi açılacaq, çünki bu, hər şeydən öncə zamanın hölmüdür”.
Bunu Moderator.az-a açıqlamasında siyasi elmlər doktoru, politoloq Cümşüd Nuriyev bildiirb. Ekspert qeyd edib ki, kimin nə deməyindən asılı olmayaraq, Azərbaycan bu istəyini gerçəkləşdirəcək:
“Ermənistan Zəngəzur dəhlizinin açılmasını istəmir. Buna görə də prosesi süni şəkildə uzadır, müxtəlif əngəllər yaradır.
İran da Zəngəzur dəhlizinin açılmasında maraqlı deyil və bunu açıq şəkildə bəyan edir. Ancaq kimin nə deməyindən asılı olmayaraq, Zəngəzur dəhlizi açılacaq. Çünki Azərbaycan bu dəhlizin açılmasında qərarlıdır.
Bundan başqa, unutmaq olmaz ki, Zəngəzur dəhlizinin açılması Rusiya, Çin kimi böyük dövlətlərin də marağına uyğundur. Belə olan halda, Ermənistan, İran kimi dövlətlrin buna mane olması, bunu birdəfəlik əngəlləməsi mümkünsüzdür”.
Seymur ƏLİYEV