Moderator.az xəbər verir ki, Vaşiqntondakı beyin mərkəzlərinin Kursk hücumu ilə bağlı apardıqları araşdırmalar məlum hərbi əməliyyatla bağlı şok detalları üzə çıxarıb. Belə ki, aparılan araşdırmalar nəticəsində məlum olub ki, Ukrayna tərəfi Kursk hücumunu ən xırda incəliyinə kimi böyük ustalıqla hazırlayıb və zərgər dəqiqliyi ilə həyata keçirib. Lakin Kursk hücumu ilə bağlı bugünə qədər bilinən ən maraqlı fakt isə hücuma Ukrayna tərəfini rus hərbi komandanlığının həvəsləndirməsi gerçəyidir.
Aparılan araşdırmalar göstərib ki, Ukraynanı Kurska hücuma həvəsləndirən ən mühüm amil bu istiqamətdə rus ordusuna rəhbərlik edən yetkililərin zəif komandanlığı, qeyri-peşəkarlığı olub. Məhz bu amil Ukrayna tərəfindən “xüsusilə nəzərə alınıb” və nəticə Kiyevin haqlı olduğunu təsdiqləyib. Ukrayanın Kurska gözlənilməz hücumundan şoka düşən rus hərbi komandanlığı baş verənlərə çevik reaksiya göstərmək, düzgün qərəarlar qəbul etmək iqtidarında olmayıb. Bu isə rus ordusu arasında ciddi itkilərlə yanaşı? həm də təşviş və xaousun artmasına səbəb olub.
Mütəxəssislər hesab edir ki, Putinin köməkçisi, Rusiya Dövlət Şurasının katibi, general-polkovnik Aleksey Dyumin Kursk istiqamətində Ukrayna qüvvələri ilə döyüşən "Şimal" qruplaşmasının koordinatoru təyin etməsi məhz bu sahədəki boşluğu doldurmağa xidmət edir.
Seymur ƏLİYEV