Data Analitikası nədir? - İKT üzrə ekspert açıqladı
Ekskluziv
2142
15 Aug 2024 | 17:25

Data Analitikası nədir? - İKT üzrə ekspert açıqladı

“Ümumiyyətlə Data Analitikası, data əsaslı qəraralma proseslərində iştrak edən bir peşədir. Azərbaycanda Data Analitikası hal-hazırda dəbdədir. Amma, təəssüf ki, data yoxdur, yəni,hazırkı, texnologiya dövründə əsas məsələ datadır. Data olduqdan sonra süni intellekt yaradıla bilər.”
 
Bunu Moderator.az-a İKT üzrə ekspert Elvin Abbasov Data Analitika ilə bağlı açıqlamasında qeyd edib. Ekspert onun nə işə yardığı ilə bağlı danışıb: 
 
 
“Süni intellekti yaratmaq üçün eyniistiqamətli big data ( böyük verilənlər bazası) lazımdır və bir neçə perspektivli olmalıdır. Bir daha qeyd edim, Azərbaycanda Data Analitikası dəbdədir, amma data əsaslı iş prosesləri çox azdır. Misal üçün banklarda Data Analtikə ehtiyac var. Böyük şirkətlərdə Data Analitiklərdən istifadə olunur. Bəzi dövlət qurumlarında, hansı ki, onların böyük əməliyyat sistemləri var: Daxili İşlər Nazirliyi, Ədliyə Nazirliyi, Gömrük və s. hansı ki, burada portallar var və insanlar oradan əməliyyat aparırlar. Bu kimi yerlərdə, dövlət qurumları istiqamətində Data Analitiklərə ehtiyac var. Özəl sektorlardan isə banklarda, şirkətlərdə, hansı ki, onlar da data ilə işləyirlər, bizneslərini data üzərində qururlar. Ümumiyyətlə Data Analitika nə işə yarayır? Dövrümüz data , yəni məlumat emalı dövrüdür və bu dövrdə data əsaslı qərar alınır. Yəni  hər hansı bir istiqamətdə şirkətin, qurumun inkişafı üçün ordakı datalara ehtiyac var. Misal üçün statistikalardan Data Analtiklər müəyyən fərqli kablolar emal edirlər. Misal üçün, Azərbaycanın on milyon əhalisi var və bu əhalidən onlarca məlumat emal olunur: uşaq, böyük, gender bərabərliyi, universitet, qadın-kişi, yaş nisbəti, işsizlik və digər nisbətlər. Bunların hər birində data əsaslı qərarlar almaq olur ki, məsələn filan qədər şəhid ailələri, qazilər var və imtiyaz formalaşdırmaq, qərar almaq üçün Data Analitiklər orada fəaliyyətlərini apara bilirlər. Bunun kimi bir çox sahədə Data Analitiklərə ehtiyac var. Gələcək üçün isə bu ehtiyac daha da artacaq. Amma ki, gərək data əsaslı ölkə olaq. Biz informasiya resuslarımızı olsun, onu insanlar istifadə etsinlər ki, orada bir məlumatlar, datalar formalaşsın ki, data əsaslı qərarlar da həmin  o məlumatlara  istinadən  ala bilək. Data Analitika geniş bir məhfumdur, biz onu bir neçə istiqamətdə şərh edə bilərik. Amma mən hal-hazırda əsas üstünlüyü verirəm data əsaslı qəraralma mexanizminə. Şirkətlər, dövlət qurumları və bunun kimi bir çox sahələrdə data əsaslı qərar almaq görünür ki, daha perspektivli, inamlı və rezultatlıdır.”
 
Vüsalə İbrahimli
Moderator.az
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər