1578
15 Aug 2024 | 16:16

"Alkoqola aludəçilik immun sisteminizi məhv edir..."

 
"Alkoqol əvəzinə təklif edilən "Hot Toddi" kokteylini necə hazırlamalı?.."
 
Bizim yediklərimiz və içdiklərimiz immun sistemimizə təsir göstərə bilər. Bütün xəstəliklərdən özümüzü qoruya bilməsək də, sağlam və faydalı qida ilə qidalanaraq, müntəzəm olaraq idmanla məşğul olaraq və stres vəziyyətlərdən yan keçərək öz immunitetimizi qoruyub saxlaya bilərik.
 
Moderator.az xəbər verir ki, bu barədə ABŞ-ın "Eat This, Not That" nəşri yazıb.
 
Müəyyən vitaminlər və qida maddələri immunitetimizi qoruyub saxlayır. "Bu, C vitamini, sink, D vitamini, probiotiklər, beta-karotin və zülaldır", - bunu təbii elmlər magistri, həkim, diyetoloq-nutrisioloq və Qidalanma və Diyetologiya Akademiyasının rəsmi nümayəndəsi Roksana Ehsani xatırladır.
 
"Bütün bu qida maddələri immun sistemimizin saxlanılması və möhkəmləndirilməsində həlledici rol oynayır. Bu qida maddələrini tərkibində meyvə-tərəvəz, tam taxıl bitkiləri, yağsız zülali məhsullar və süd məhsilları olan düzgün və balanslı qida rasionu seçməklə əldə edə bilərik. Bu qida maddələrini hər gün istifadə etdiyimiz qida və içkilərlə birlikdə əldə etmədikdə, öz immun sistemimizi zəiflədirik".
 
Lakin immunitet təkcə qida rasionunda lazımi maddələrin çatışmazlığından deyil, həm də bəzi məhsullar və içkilərdən istifadə edilməsi səbəbindən zərər çəkir. İmmun sistemimiz üçün belə ən zərərli içkilərdən biri də alkoqoldur.
 
Nədən alkoqollu içkilər immun sistemimizə ən çox zərər vurur?
 
Alkoqoldan həddən artıq istifadə edilməsi nəticəsində immunitetin zəifləməsinin çoxsaylı səbəbləri mövcuddur.
 
Alkoqol orqanizmi susuzlaşdırır. "Alkoqol diuretik xassələrinə görə orqanizmin susuzlaşmasına gətirib çıxara bilər, bu da həmişə immun sistemə neqativ təsir göstərir", - Ehsani izah edir.
 
Şirin alkoqollu içkilər immun hüceyrələrinə neqativ təsir göstərə bilər. Çox vaxt alkoqollu içkilərin tərkibində təkcə spirt deyil,  xüsusilə söhbət kokteyllərdən gedirsə, həm də şəkər var.
 
"Tərkibində şəkərin miqdarı çox olan alkoqollu içkilərdən istifadə edilməsi immun sistemimizə əlavə neqativ təsir göstərə bilər. Qanda şəkərin miqdarını artıran məhsullar və içkilər immun hüceyrələrin yaradılmasını sarsıdır və onların lazımınca işləməsinə mane olur, nəticədə immunitet aşağı düşür", - Ehsani deyib.
 
Ağır sərxoşluq orqanizmə əlavə təzyiq edir. Əgər gün ərzində tövsiyə edilən dozalardan artıq alkoqol istifadə etsəniz, immun sistemi üçün heç də yaxşı olmayacaq. Amerikalılar üçün qidalanma tövsiyələrində deyilir ki, qadınlar üçün sutkalıq alkoqol dozası bir porsiyadan, kişilər üçün iki porsiyadan çox olmamalıdır.
 
Qeyd: Alkoqoldan istifadə şərti vahidlə-10 qram təmiz spirtə bərabər olan standart alkoqol dozası ilə ölçülür. Bu, 25 qram 40 faizli araq, 100 qram 9-11 faizli quru şərab və ya 200 qram 3-5 faizli pivə deməkdir.
 
"Əgər insan ağır sərxoş halında və ya həftə ərzində içkiyə aludə olursa, bu, orqanizmin infeksiyalara müqavimət göstərmək qabiliyyətinə təsir göstərə bilər və onun bərpasına çox zaman tələb oluna bilər", - Ehsani əlavə edib.
 
Alkoqol əvəzinə nə içmək olar?
 
Ehsani alkoqolsuz "Hot Toddi" kokteyli hazırlamağı təklif edib.  Yəni bu kokteyl üçün lazım olan, amma alkoqolsuz bütün inqridiyentlərdən istifadə edilməlidir. Nəticədə immunitetin möhkəmləndirilməsi üçün gözəl kokteyl alınacaq. Ehsani bunu belə izah edir:
 
- Kokteylin əsasını qaynar su təşkil edir, bu da orqanizimin sağlamlığı üçün çox mühüm vasitədir, çünki məhz su orqanizmi lazımsız maddələrdən təmizləyir.
 
- Limon şirəsi güclü antioksidant olan C vitamini ilə zəngindir, bu da immun sisteminin möhkəmlənməsinə kömək edir.
 
- Ədviyyatlar - çoxları qurudulmuş ədviyyat otlarının tərkibində əslində çoxlu miqdarda antioksidantların olmasını bilmir, bunlar orqanizmdə iltihabi proseslərlə mübarizə aparmağa və immun sistemi qorumağa kömək edir.
 
Alkoqol əvəzinə Ehsani çoxlu miqdardq su götürüb, bir paket ot çayı dəmləməyi və ya C vitamini ilə zəngin olan portağal şirəsi əlavə etməyi təklif edir.
 
"Siz mülayim dozalarda alkoqoldan istifadə etsəniz, eyb etməz, lakin alkoqola aludə olmaq və həddən artıq miqdarda istifadə etmək immun sisteminizə neqativ təsir göstərə bilər. Ona görə də mən sutkalıq normaya riayət etməyi tövsiyə edirəm", - Ehsani deyib.
Link kopyalandı!
Son xəbərlər