Ekskluziv
2092
15 Aug 2024 | 15:25

"Din xalq üçün tiryəkdir" - SSRİ-də Karı Marksın bu ifadəsinin mənası təhrif edilib

 
"Əslində alman filosofu dinin insafsız cəmiiyyətdə ictimai varlığın ağrısını azaltdığını hesab edib..."
 
Yəqin ki, "Din xalq üçün tiryəkdir" ifadəsi çoxlarınızın yadındadır. Bu ifadədən ateistlər yeri gəldi-gəlmədi dinin insanlara çox zərərli təsir göstərdiyini izah etmək üçün istifadə edir.
 
Moderator.az xəbər verir ki, bu barədə "sport24.ru" nəşri yazıb.
 
Bu ifadədən xüsusilə SSRİ dönəmində pravoslavlıqla mübarizədə plakatlar və digər təşviqat materiallarında istifadə edilib. Kütləvi mədəniyyətə isə "Din xalq üçün tiryəkdir" ifadəsi əfsanəvi "12 stul" komediyası sayəsində daxil olub, orada Ostap Bender atası Fyodora müraciətlə bu ifadəni işlədib.
 
SSRİ-də bu ifadədən istifadə ediləndə kommunistlərin sevimlisi olan alman filosofu və iqtidadçısı Karl Marksın "Gegelin hüquq fəlsəfəsinin tənqidinə dair" (1843) əsərinə istinad edilib.
 
Lakin bu əsərdən həmin hissəni diqqətlə oxuyarkən Marksın sözlərinin kontekstdən çıxarıldığı aydın olur. Marks yazır: "Din məzlum məxluqun nəfəsi, rəhmsiz dünyanın qəlbi, həm də ruhsuz halların ruhudur. O, həm də vicdansız qaydaların ruhu olduğundan, din insanlar üçün tiryəkdir!".
 
Yəni Marks əslində dinin insafsız cəmiyyətdə ictimai varlığın ağrısını azaltdığını hesab edib. İctimai varlıq üçün din ilk növbədə heç də təhlükəli narkotilk deyil, əzabları azaltmaq vasitəsidir. 
 
Anlamaq gərəkdir ki, Marksın bu sətirləri yazdığı XIX əsrin ortalarında tiryək zərərli maddə kimi deyil, dərman kimi qəbul edilib. Marks da iddia edib ki, din tiryək kimi insanların ağrılarını müvəqqəti yüngülləşdirir.
 
Maraqlıdır ki, bu ifadə heç də Marksa məxsus deyil, alman filosofu onu xristian sosializminin banilərindən biri olan ingilis yazıçısı və xətibi Çarlz Kinqslidən götürüb. Marksın onunla şəxsi tanışlığı olub, tez-tez fikir mübadiləsi və hətta polemika aparıb.
 
"Biz İncildən kasıblar arasında asayişi qorumaq üçün sanki polislərin məlumat kitabçası və ya həddən artıq yüklənmiş heyvanı sakitləşdirən tiryək dozası kimi istifadə etmişik", - Kinqsli yazıb. 
 
Amma ilk dəfə dini tiryəklə müqayisə edən XVIII əsrin fransız filosofu-maarifçisi Jan-Jak Russo olub. Doğrudur, o, bu sözləri başqa mənada işlədib.
 
"Möminlik...ruh üçün tiryəkdir; o, az miqdarda qəbul ediləndə ruh yüksəkliyi və canlanma yaradır; güclü dozalarda isə yuxu gətirir və ya adamı dəli edir", - Russo hesab edib.
Link kopyalandı!
Son xəbərlər