1878
15 Aug 2024 | 12:22

"Kursk vilayətində Ukrayna piyadalarına aviasiya da qoşulub" - "Forbes"

 
"Kiyev Kursk vilayəti ilə sərhəddə güclü HHM və REM sistemləri yerləşdirib, bu da Rusiya Hərbi-Kosmik Qüvvələri üçün böyük maneədir..."
 
Kursk vilayətində döyüşlərdə Su-27 təyyarələrinin iştirakı ilə Ukraynanın hərbi aviasiyası da görünüb. Sosial şəbəkələrdə üzə çıxan kadrlarda Ukrayna aviasiyasının Kursk vilayətinin Tetkino rayonunda fəaliyyəti üzə çıxıb. 
 
Moderator.az xəbər verir ki, bu barədə "Forbes" nəşri yazıb.
 
İşğalçılar da sakit dayanmır, Donbasdan cəbhənin yeni sahəsinə Rusiya Hərbi-Kosmik Qüvvələrinin (HKQ) təyyarələrini göndərir. Ukrayna pilotları havadan düşmənə Amerikanın JDAM aviasiya bombaları ilə hücum edir, nəşr yazıb. 
 
Ekspertlər istisna etmir ki, Tetkinoda hərbi texnikası olan anqara zərbələr Su-27 sovet təyyarəsi ilə endirilib. Kiyev Kursk vilayəti ilə sərhəddə güclü HHM və REM sistemləri yerləşdirib, bu da Rusiya HKQ üçün böyük maneədir.
 
USQ cəbhənin yeni sahəsində də dronlardan fəal surətdə istifadə etməyə çalışır, onların köməyilə düşmənin ən azı iki helikopteri məhv edilib. Lakin düşmən cəbhənin bu sahəsində aviasiyadan Ukraynaya nisbətən daha çox istifadə edir. Üstəlik, düşmən Kursk və Sumı vilayətlərində USQ-nin mövqelərinə zərbələr endirir.
 
Kiyev Rusiyanın aviasiya bazalarına daima hücum etməyə cəhd göstərir, habelə aviasiya bombaları olan anbarları məhv edir, amma düşmənin belə ehtiyatları hələ çoxdur. 
 
Ekspertlər istisna etmir ki, hazırda USQ-nin silahmasında təxminən 100 təyyarə var. Kiyev bunlarla risk etmir, F-16 qırıcılarını isə cəbhə xəttindən imkan daxilində uzaqda saxlayır.
 
Müdafiə Strategiyaları Mərkəzinin əməkdaşı Hans Midtun bəyan edib ki, müharibə başlamazdan öncə Rusiyanın 3 min döyüş təyyarəsi olub. Düşmən gün ərzində təxminən 100 aviasiya bombası ata bilər.
 
Hazırda Kiyev aviasiyadan yalnız sərhəd yaxınlığında istifadə etməyə çalışır, amma bu fakt USQ-yə Kursk vilayəti ərazisində irəliləməyə mane olmur. Kiyevin məqsədi cəbhə xəttini uzatmaq və düşmənə imkan daxilində daha çox zərər vurmaqdır.
Link kopyalandı!
Son xəbərlər