Bizi sosial şəbəkələrdən izləyin:
Ukrayna hərbçiləri ələ keçirdiyi Kursk vilayətində humanitar zonalar yaradır.
Moderator.az xəbər verir ki, bu barədə müvəqqəti işğal edilmiş ərazilərin reinteqrasiyası məsələləri üzrə nazir İrina Vereşşuk məlumat verib. Məlumatı "golosameriki.com" nəşri yayıb.
Verüşşuk qeyd edib ki, USQ "Ukraynanın sərhəd vilayətləri, ilk növbədə Sumı vilayətinin sərhədyanı rayonlarının müdafiəsi məqsədilə" Kursk vilayətində bufer zonası yaradır.
Göstərilən zona hüdudlarında "mülki rusiyallıar" Ukraynanın tam riayət etdiyi beynəlxalq humanitar hüququn müdafiəsi altında olduğundan USQ bu regionda "humanitar dəhlizlər praktikasını" tətbiq edəcək.
Döyüş əməliyyatları zonasından azad olan bu zonalar mülki əhalinin Rusiya və Ukrayna tərəfə miqrasiyası üçün açılacaq, görünür, yardım göstərilməsi, mütəşəkkil qidalanma və s. nəzərdə tutulur.
Beynəlxalq təşkilatlar "humanitar vəziyyətlə tanışlıq və vəziyyətin monitorinqi məqsədilə" bu zonalara buraxılacaq.