“Ukrayna qərbdəki tərəfdarlarına mesaj verir…” - Politoloqdan AÇIQLAMA
Ekskluziv
1710
13 Aug 2024 | 18:08

“Ukrayna qərbdəki tərəfdarlarına mesaj verir…” - Politoloqdan AÇIQLAMA

“Ukraynanın Kursk vilayəti ilə başlatdığı hücum əməliyyatları təbii ki, Rusiya üçün çox gözlənilməz oldu və faktiki olaraq Rusiya hərbi və siyasi rəhbərliyi bu əməliyyatlara hazırlıqsız yaxalanıblar.”
 
Bunu Moderator.az-a açıqlamasında politoloq Oktay Qasımov danışıb.
 
Politoloq onu da qeyd edib ki, Ukrayna həm də qərb tərəfdarlarına göstərmək istəyir ki, mübarizə ruhu yerindədir:
 
 
“Bu səbəbdən də Rusiyada müəyyən bir çaşqınlıq var, amma təbii ki, Rusiyanın potensialı kifayət qədər güclüdür və bunun qarşısını almağa çalışacaq. Ukraynada isə görünən odur ki, bu əməliyyatlara ciddi şəkildə hazırlaşıb. Məncə, bu bir neçə səbəbdən baş verdi. Birincisi Ukrayna bu hücum əməliyyatlarını həyata keçirtməklə  qərbdəki tərəfdarlarına mesaj verərək göstərmək istədi ki, Ukraynanın mübarizə ruhu ölməyib, onun ordusu kifayət qədər döyüş qabliyyətini saxlayıb və uğurlu əməliyyatlar keçirdə bilir. Yəni bununla dəstəyin davamının gəlməsini təmin etmək istəyib. İkncisi təbii ki, Rusiya ərazilərinə girməklə, Rusiyanın cəbhəboyu hücumlarını müəyyən qədər səngitmək üçün onun qüvvələrini parçalamağa çalışır və nəhayət Rusiya ərazisindəki işğal etdiyi  əraziləri öz nəzarətində saxlaya biləcəksə və Rusiya bunu geri qaytara bilməyəcəksə gələcək danışıqlar masasında bu Ukraynanın əlində ciddi əsaslar və arqumentlər ola bilər ki, Rusiyanı sülh danışıqlarına vadar etsin. O baxımdan hər bir tərəfin öz maraqları var və bu əməliyyatlarla hələki yaxın zamanda Rusiyanın durdulacağını düşünmürəm. Rusiya əksinə daha qəzəbli cavab verməyə çalışacaq, daha çox Ukrayna ərazilərinə raketlər atmağa çalışacaq, dağıntı törədəcək. Döyüş bölgəsində də əməliyyatlar artırmağa çalışacaqlar ki, biz bunu görməkdəyik. Yəni, savaş özünün növbəti, daha ağır və daha qanlı mərhələsinə keçib deyə bilərik.”
 
Vüsalə İbrahimli
Moderator.az
Link kopyalandı!
Son xəbərlər