Ukrayna Kurskda 44 günlük Vətən müharibəsinin hansı taktikasını təkrarlayıb?
Ekskluziv
1702
13 Aug 2024 | 16:45

Ukrayna Kurskda 44 günlük Vətən müharibəsinin hansı taktikasını təkrarlayıb?

Ukrayna ordusunun Rusiyanın Kursk vilayətinə hücumu və bu hücum əsnasında xeyli ərazini ələ keçirməsi bütün dünyada böyük marağa səbəb olub. Rusiya bu istiqamətdə  çoxsaylı hərbi qüvvələrə və ağır texnikaya malik olmasa da, onun bu bölgədə böyük və etibarlı istehkamlara malik olduğu sirr deyil. Bəs necə oldu ki, bu istehkamlar Ukrayna ordusunun qarşısını ala, onun hücum tempini az da olsa zəiflədə bilmədi?

 

Moderator.az xarici mənbələrə istinadən xəbər verir ki, Ukrayna ordusu hücum zamanı olduqca ağıllı taktiki manevr həyata keçirib. Belə ki, ordu istehkamların üstünə getməyib. Ukrayna ordusu bu istehkamları kənarlardan dolanaraq keçib ki, nəticədə istehkamlar heç nəyə yaramayıb.

 

Xatırladaq ki, bu taktika müasir müharibələr tarixində ilk dəfə Azərbaycan Ordusu tərəfindən 44 günlük Vətən müharibəsində həyata keçirilib. Belə ki, hərbi əməliyyatlar zamanı ordumuz düşmənə məxsus bəzi möhkəmləndirilmiş istehkamların yanından ötüb keçməklə, həmin istehkamların arxasına çıxıb, düşmən qüvvələrini neytrallaşdırıb. Ukrayna ordusunun Kurskda təkrarladığı bu manevr sözügedən taktikanın həqiqətən də effektiv olduğunu bir daha isbatlamaqdadır.

 

Seymur ƏLİYEV

Link kopyalandı!
Son xəbərlər