Ekskluziv
1794
13 Aug 2024 | 15:26

"Uşaqlar şir kimi döyüşür, onlardan kimsə əsir düşməyib" - Apti Alaudinov

 
"Əgər o, bizim döyüşçüdürsə, o zaman sifətini göstərin və şərti adını söyləyin..."
 
"Ahmat" taborunun komandiri əsir kadırovçuların foto və videolarına münasibət bildirib
 
Sosial şəbəkələrdə "Ahmat" taborunun "Aid" xüsusi təyinatlı qrupunun əsir götürüldüyü iddia edilən döyüşçüsünün dindirilməsi videosu yayılıb.
 
Moderator.az xəbər verir ki, bu barədə "focus.ua" nəşri məlumat yayıb.
 
Dərc edilən videoda Zəlimxan adlı əsir Çeçenistan rəhbəri Ramzan Kadırova müraciət edir, sifəti isə görünmür. "Ramzan Axmatoviç, Sizə salam göndərirəm. Bizi buradan götürün", - o, deyir.
 
Bu arada isə "Axmat" taborunun komandiri Apti Alaudinov əmin edir ki, Kursk vilayətində bölmənin bir nəfər döyüşçüsü də əsir düşməyib. O, əsir düşən əsgərlər barədə məlumatı "feyk" adlandırıb.
 
"Uşaqlar şir kimi döyüşür. Əgər bu, bizim döyüşçümüzdürsə, niyə üzünü gizlədirsiniz? Sifətini göstərin, şərti adını deyin, elə edin ki, komandir xəcalət çəksin. 
 
Hərçənd, həyatda kimsə müxtəlif şəraitlərdə əsir düşə bilər. Lakin, Allaha şükürlər olsun ki, döyüşçülərimizdən bircə nəfəri də əsir düşməyib", - Alaudinov bəyan edib.
Link kopyalandı!
Son xəbərlər