Böyük Britaniya İrana İsrailə hücumdan çəkinməyə çağırış etdi
Ekskluziv
1481
13 Aug 2024 | 14:32

Böyük Britaniya İrana İsrailə hücumdan çəkinməyə çağırış etdi

 
"Yaxın Şərqdə böyük müharibə heç kimin maraqlarına cavab vermir..."
 
Böyük Britaniya baş naziri Kir Starmer İranın yeni prezidenti Məsud Pezeşkianla 30 dəqiqəlik telefon söhbəti aparıb.
 
Moderator.az xəbər verir ki, bu barədə Britaniyanın BBC telekanalı məlumat yayıb.
 
Starmer İrana İsrailə hücumdan çəkinməyə çağırış edib və vurğulayıb ki, "ciddi yanlışlıq riski" mövcuddur.
 
"Hazırda təmkinli və ciddi düşünmək zamanı yetişib, - baş nazir qeyd edib və əlavə edib ki, Yaxın Şərqdə böyük müharibə "heç kimin maraqlarına cavab vermir".
 
Starmer Böyük Britaniyanın dərhal atəşkəsə, bütün girovların azad edilməsinə və Qəzzaya humanitar yardımın artırılmasına sadiq olduğunu vurğulayıb.
 
Onun sözlərinə görə, bu nəticələrə nail olmaq üçün diqqəti "diplomatik danışıqlara yönəltmək lazımdır".
 
BBC -nin qeyd etdiyi kimi, bu, Böyük Britaniya baş naziri və İran prezidentinin 2021-ci ilin mart ayından Boris Consonla Həsən Ruhaninin ünsiyyətindən bəri ilk söhbətidir.
Link kopyalandı!
Son xəbərlər