1569
13 Aug 2024 | 14:04

"Rusiya donanması Qərb ölkələrinə nüvə zərbələri endirilməsi üçün məşq keçib" - "Financial Times"

 
"Xəritələrdə o cümlədən Rusiyanın indiki müttəfiqləri olan Çin, İran, Şimali Koreya və Azərbaycanla müharibənin müxtəlif ssenariləri göstərilib..."
 
Rusiya Hərbi-Dəniz Donanmasının bütün dünya boyunca nüvə zərbələrinin hədəfləri göstərilən məxfi xəritələri üzə çıxıb
 
Rusiya donanması nüvə başlıqları daşıya bilən raketlərin köməyilə Avropanın dərinliyindəki hədəflərə hücum etmək üçün məşq keçib.
 
Moderator.az xəbər verir ki, bu barədə Britaniyanın "Financial Times" nəşri Rusiyanın hələ Ukraynaya qarşı tammiqyaslı müharibəsindən öncə hazırladığı məxfi sənədlərə istinadən məlumat yayıb.
 
2008-2014-cü illəri əhatə edən dövrdə tərtib edilən sənədlər arasında həm adi, həm də taktiki nüvə silahı daşıya bilən raketlər üçün hədəflər xəritəsi də var. Xəritələrdə Rusuya donanmasının Avropada 32 hədəfi qeyd edilib.
 
Sənədlərdə deyilir: "Donanmanın yüksək manevr etmək qabiliyyəti ona müxtəlif istiqamətlərə qəfləti və xəbərdaredici zərbələr və güclü raket zərbələri endirməyə imkan verir". 
 
Həmçinin söhbət ondan gedir ki, nüvə silahının, bir qayda olaraq, "Rusiyanın məqsədlərinə nail olması üçün digər məhvetmə vasitələri ilə birgə" istifadəsi üçün nəzərdə tutulub.
 
Baltik donanması üçün hədəflər əsasən Norveç və Almaniyada göstərilib. Onların arasında Bergendə (Norveç) hərbi-dəniz bazası, radiolokasiya stansiyaları və xüsusi bölmələr var. 
 
Şimal donanması, sənədlərə görə, müdafiə sənayesi, o cümlədən Britaniyanın Barrou-in-Ferness şəhərindəki hərbi gəmilər və sualtı qayıqları olan tərsanə kimi obyektləri məhv edə bilər. 
 
Bu zaman xərirələrdə o cümlədən Rusiyanın indiki müttəfiqləri olan Çin, İran, Şimali Koreya və Azərbaycanla müharibənin müxtəlif ssenariləri göstərilib.
 
Prezentasiyada həmçinin nümayişkaranə zərbə variantı da xatırlanır. Söhbət "gerçək münaqişədən öncə bilavasitə təhlükə dövründə Qərb ölkələrinin qorxudulması üçün" uzaq rayonda nüvə silahının partladılmasından gedir. 
 
Sənədlərdə deyilir ki, belə zərbə yüksək dəqiqli qeyri-strateji nüvə silahının mövcudluğunu və istifadəyə hazır olmasını və nüvə silahının tətbiq edilməsi niyyətini nümayiş etdirməlidir.
 
Sənədlərdə NATO ilə münaqişə olacağı təqdirdə "düşmənin hərbi və iqtisadi potensialının zəiflədilməsi" başlıca prioritet olaraq göstərilib. 
 
Nəşrin istinad etdiyi analitiklər hesab edir ki, bu, mülki obyektlərə və kritik infrastruktura zərbələr endirilməsi deməkdir.
 
Qəzetin həmsöhbətləri vurğulayıb ki, Rusiya öz dokrtinasında belə zərbələrin mövcudluğunu heç vaxt etiraf etməyib.
 
NATO-nun sabiq əməkdaşı, hazırda Stimson Analitik Mərkəzində çalışan Yulyam Alberk vurğulayıb ki, xəritələrdə bütün Avropa boyunca "min də olmasa, yüzlərlə" hədəflərdən yalnız seçmələr təqdim edilib.
Link kopyalandı!
Son xəbərlər