Bu film bütün dünyanı şok etdi: Ölkələr belə işğal olunacaq!
1930
10 Aug 2024 | 19:48

Bu film bütün dünyanı şok etdi: Ölkələr belə işğal olunacaq!

Moderator.az xəbər verir ki, Tayvan rejissorlarının ərsəyə gətirdiyi “Sıfır gün” filmi bütün dünyada şok effekti yaradıb. Tayvanın Çin tərəfindən mümkün işğal ssenarsini gündəmə daşıyan 10 seriyalı filmin beynəlxalq aləmdə bu cür sarsıdıcı effekt yaratmasına səbəb isə, filmdə ortaya qoyulan sadə həqiqətlərin istənilən ölkənin işğalı üçün keçərli olmasıdır.

 

Fimdə göstərilir ki, müasir dünyada istənilən dövlət işğaldan öncə infrastruktur və kommunukasiya baxımından təcrid və təxribatlara məruz qalacaq, ilk olaraq fond bazarı və bankları çökdürüləcək. Bu, həmin ölkənin iqtisadi qüdrətini sarsıtmaq, gündəlik nizamını pozmaq və insanların mübarizə əzmini qırmaq üçün lazımdır. Su, elektrik və rabitə təminatının sıradan çıxarılması da əsas hədəf kimi seçiləcək. Bütün bunlar isə “qısa zamanda və sürətli şəkildə” həyata keçiriləcək. Təzyiqə məruz ölkəni işğalçı ordudan öncə  daxili xaos və panika ələ keçirəcək, bu “işğal” xarici hərbi müdaxilə üçün “qapını sona qədər” açacaq.

 

Mütəxəssislər hesab edir ki, film hərbi-siyasi strateqlərə olan baxışı da əhəmiyyətli dərəcədə dəyişəcək. Bir neçə rejissorun birgə səyi əsasında ərsəyə gətirilən film göstərdi ki, incəsənət adamları hərbi-siyasi proseslərin gedişatını ən xırda detallarına qədər bu işin əsl mütəxəssisi hesab edilən hərbi-siyasi ekspertlərdən daha yaxşı bilir və daha dəqiq təsvir edir. Bu isə hərbi-siyasi strateqlərə, “beyin mərkəzləri”nə xərclənən böyük vəsaitlərin effektivliyini şübhə altında qoyur.

 

Seymur ƏLİYEV

 

Link kopyalandı!
Son xəbərlər