Gündə 1, həftədə 5 dəfə yeyin və faydasını görün - HƏKİM
Ekskluziv
2447
10 Aug 2024 | 18:52

Gündə 1, həftədə 5 dəfə yeyin və faydasını görün - HƏKİM

Diyetoloq Mixail Ginzbur qarabaşaq yarmasını hansı qidalarla birləşdirməyin daha faydalı olduğunu danışdı.
Mütəxəssisin fikrincə, düzgün qarabaşaq yarması seçmək işin yarısıdır. Hansı məhsulların istifadəsinin daha yaxşı olduğunu bilmək də vacibdir.
Moderator.az xəbər verir ki, Ginzbur qeyd etdi ki, yadritsa adlanan iri qarabaşaq yarmalarından istifadə etmək daha yaxşıdır.
 
Diyetoloq hesab edir ki, taxıllar nə qədər kiçik olsa, bir o qədər pisdir, çünki bu zaman taxıl və bədəndəki bütün fermentlər arasında əlaqə səthi artır. Nəticədə  mədə-bağırsaq traktında məhsulun parçalanma vaxtı sürətlənir. Bu proses daha uzun sürəndə daha yaxşıdır.
 
Onun sözlərinə görə, qarabaşaq yarmasını balıq, ət, süd və hər hansı digər ənənəvi protein mənbəyi ilə yemək ən faydalıdır.
Bununla belə, qarabaşaq yarmasını şəkərlə yemək olmaz.
 
O, həmçinin gündə bir dəfə, həftədə beş dəfə qarabaşaq yeməyi tövsiyə etdi.
 
Onun sözlərinə görə, qarabaşaq yarması yemək piylənmə, şəkərli diabet və bir çox başqa xəstəliklər üçün faydalıdır.

 

Nərminə Kamal

Moderator.az

Link kopyalandı!
Son xəbərlər