“Azərbaycana qonşu olan bu ölkədə narkobaronlar sərbəst fəaliyyət göstərir”
1676
10 Aug 2024 | 15:12

“Azərbaycana qonşu olan bu ölkədə narkobaronlar sərbəst fəaliyyət göstərir”

Əliməmməd Nuriyev: “Burada həmçinin sintetik narkotik hazırlayan çoxlu laboratoriyalar mövcuddur”

 

“Azərbaycana qonşu olan İrandan ölkəmizə hər il külli miqdarda narkotik vasitənin keçirilməsinə cəhd göstərilir və bu cəhdlər Azərbaycanın hüquq-mühafizə orqanları tərəfindən ifşa olunur”.

 

Bunu Moderator.az-a açıqlamasında Konstitusiya Araşdırmaları Fondunun rəhbəri hüquqşünas Əliməmməd Nuriyev bildirib. Hüquqşünas qeyd edib ki, Azərbaycan tərəfi bununla bağlı İranın əlaqədar dövlət qurumlarına öz narahatlıqlaırnı bildirsə də, ənənəvi problem bu gün də öz aktuallığını qorumaqdadır:

 

“Bu ölkədə sintetik narkotiklərin hazırlandığı çoxlu laboratoriyalar var. Burada narkobaronlar sərbəst fəaliyyət göstərir. Hər il İrandan ölkəmizə külli miqdarda narkotik vasitə keçirməyə cəhd olunur.

 

Azərbaycan tərəfi bununla bağlı öz narahatlığını dəfələrlə İranın diqqətinə çatdırıb. Lakin buna baxmayaraq, bu sahədə vəziyyət dəyişməyib. Bu gün də məlum problem davam edir.

 

Azərbaycanın hüquq-mühafizə orqanları, əlaqədar qurumlar ciddi koordinasiya əsasında narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizələrini qətiyyətlə davam etdirməkdə, bu sahədə böyük uğurlara imza atmaqdadırlar. Ələ keçirilən narkotik maddələrin miqdarı ilə bağlı statistika bunun isbatıdır”.

 

Seymur ƏLİYEV

 

Link kopyalandı!
Son xəbərlər