"USQ Rusiyanın təyyarə tipli kəşfiyyat dronlarını sıradan çıxarmaqla faktiki olaraq komandanlığı kor edib..."
Ukraynanın Rusiyanın Kursk vilayətinə hərbi müdaxiləsindən keçən dörd gündən sonra Ukraynanın müdaxilə zonası və onun ətrafında olan briqadalarının təsdiq edilmiş sayı ən azı beşə çatıb.
Moderator.az xəbər verir ki, bu barədə "Forbes" nəşri yazıb.
Qeyd edilir ki, bunlardan dördü mexanikləşdirilmiş briqada, biri isə müstəqil aviasiya hücum qüvvələrinin tərkibindəki briqadalarındandır.
Nəşr qeyd edir ki, ümumilikdə bu bölmələrin tərkibində 10 minədək hərbi qulluqçu və 600 vahid zirehli texnika ola bilər.
"Dörd gün ərzində beş briqada Kursk vilayətinin təxminən 400 kvadrat mil ərazisini qismən və ya tamamilə ələ keçirib və onlarla rusiyalı hərbi qulluqçusunu əsir götürüb. Mümkündür ki, bu briqadalar Rusiyada qalmaq fikrində deyil, lakin hal-hazırda onların öz hücumlarını ləngitmələrinin heç bir əlamətləri yoxdur", - nəşr yazıb.
Məqalədə deyilir ki, Ukrayna hücumunun ilk saatlarında üç briqadanın - 22-ci və 88-ci mexanikləşdirilmiş briqadaları, habelə 80-ci hücum-desant briqadasının bilavasitə iştirakı təsdiq edilib.
Lakin cümə axşamı 116-cı mexanikləşdirilmiş briqadasının paylaşdığı "Horn" pilotsuz qrupu tərəfindən çəkilən videoda Kursk istiqamətinə hərəkət edən tanklar və zirehli transportyorlar əks olunub.
Sonradan günorta saatlarında 61-ci mexanikləşdirilmiş briqada həmçinin Rusiyanın Suca şəhərindən video paylaşıb.
Bundan başqa, 49-cu artilleriya briqadası Kursk döyüşlərinin aparıldığı yerdən təxminən 30 mil aralıda yerləşir. Bu rayonda həmçinin HIMARS-ın yeganə operatoru olan 27-ci artilleriya briqadası yerləşir.
Belə ki, cümə günü paylaşılan videoda HIMARS-la Kurska tərəfə hərəkət edən Rusiya qoşunlarına hücum edildiyi görünür. Hücumdan sonra çəkilən şəkillərdə yeddi məhv edilmiş yük maşını və çoxsaylı həlak olan əsgərlər görünür.
Bu hücum ukraynalıların bu qədər uzağa və belə sürətlə irəliləməsini izah etməyə kömək edir. Görünür, artilleriya Rusiyanın yeni qoşunlarının döyüş meydanına gedib çıxmasına imkan vermir, nəşr izah edib.
Bu zaman məqalədə göstərilir ki, artilleriya blokadası Ukrayna əməliyyatı üçün başlıca təhlükələrdən birini- Rusiyanın Ukrayna hissələrini təcrid edəcəyi təhlükəsini azaıldır.
"Lakin rusiyalılar Ukrayna artilleriyasını yarıb keçə və Ukraynanın əsas qüvvələrinin təchizat xəttinə hücum edə bilməsə, ukraynalıları təcrid edə bilməyəcək. Hər gün ləngimələr isə ukraynalılara öz uğurlarını möhkəmləndirməyə imkan verir, çünki getdikcə yeni-yeni bölmələr Kurska gəlir", - nəşr yazıb.
Kursk vilayətində döyüşlər - bəlli olanlar
Bundan öncə "Forbes" yazıb ki, USQ Kursk vilayətində dronlar və radio-elektron mübarizənin yeni taktikasından istifadə edib, bu da ilk günlər hücumun uğurunun əsas amillərindən biri olub.
Məlumat verilib ki, USQ Rusiyanın təyyarə tipli kəşfiyyat dronları şəbəkəsini sıradan çıxarmaqla faktiki olaraq komandanlığı kor edib.
"The Washington Post" yazır ki, əgər Rusiya qoşunları digər istiqamətlərdə olduğu sürətlə hücum edərsə, o zaman Kursk vilayətində itirilən əraziləri geri qaytarmaq üçün bir il tələb olunacaq.