Azərbaycanlı hərbi ekspertin iki ay öncə Moderator.az-da verdiyi proqnoz doğrulur...
Ekskluziv
2931
10 Aug 2024 | 09:20

Azərbaycanlı hərbi ekspertin iki ay öncə Moderator.az-da verdiyi proqnoz doğrulur...

“Biz də Putinə göstərəcəyik ki, əslində “bufer zona” Rusiya ərazisində olmalıdır. Çünki hücum edən tərəf məhz Rusiyadır... Və biz öz təhlükəsizliyimizi qorumalıyıq. Bu mənada raşist ərazisində 50 km-lik "bufer zonası" yaradılmalıdır və yaradılacaq...”
 
“Putin istəyirdi ki, Ukrayna ərazisində “bufer zona” yaratsın, biz də ona göstərəcəyik ki, əslində “bufer zona” Rusiya ərazisində olmalıdır. Çünki hücum edən tərəf məhz Rusiyadır, işğal, aqressiya, Ukrayna tərəfindən yox, onlar tərəfdəndir. Və biz öz təhlükəsizliyimizi qorumalıyıq. Bu mənada raşist ərazisində 50 km-lik "bufer zonası" yaradılmalıdır və yaradılacaq. Amma onu  da deyim ki, Ukrayna Rusiya ilə dövlət sərhəddini heç bir halda keçmək fikrində deyil. Sadəcə, işğalçı tərəfdən bəlalar gəldiyi üçün özümüzü “bufer zona” ilə qorumağa məcburuq...”
Moderator.az xatırladır ki, bu fikirləri hələ təxminən 2 ay öncə Ukraynada yaşayıb fəlaiyyət göstərən soydaşımız, hərbi-siyasi ekspert, ehtiyatda olan polkovnik Elxan Nuriyev saytımıza  açıqlamasında söyləmişdi(bax: burada:).
 
Göründüyü kimi, artıq azərbaycanlı hərbi-siyasi ekspertin verdiyi proqnoz doğrulmaqdadır. Belə ki, avqustun 6-da cəsarətli reyd keçirərək Kursk vilayətinə daxil olan Ukrayna nizami qoşunları irəliləməkdə davam edir. Bəzi məlumatlara görə,  Kursk vilayətinin  35 kilometrədək dərinliyinə girən Ukrayna ordusu, 20 yaşayış məntəqəsini və ya təxminən 430 kv. km-lik Rusiya ərazisini nəzarətə götürüb. 300-ə qədər rus əsgəri əsir götürülüb, çoxlu sayda texnika və iki helikopter məhv edilib. Hazırda Rusiyadan Avropaya gedən qaz kəmərinin keçdiyi və müvafiq qaztənzimləyici stansiyaların yerləşdiyi Sudja şəhəri uğrunda döyüşlər gedir...
 
Bundan sonra Ukrayna ordusunun nəzarətə götürdüyü Rusiya ərazilərini əlində saxlaya bilib-bilməyəcəyindən asılı olmayaraq bir çox beynəlxalq ekspertlərin də etiraf etdiyi kimi, Kursk əməliyyatı kifayət qədər cəsarətli və uğurlu əməliyyat olub. Və bu İkinci Dünya savaşından bəri başqa bir ölkənin nizami ordusunun Rusiya ərazisinə ilk hücumu kimi tarixdə qalacaq... 
 
Sultan Laçın
.
 
Link kopyalandı!
Son xəbərlər