Bizi sosial şəbəkələrdən izləyin:
Rusiya hakimiyyəti Ukrayna qoşunları ilə döyüşlərin dördüncü gündür davam etdiyi Kursk vilayəti ərazisində repressiya maşını işlədir.
Moderator.az xəbər verir ki, "Mash" telegram-kanalının yaydığı məlumata görə, cümə günü Federal Təhlükəsizlik Xidməti (FTX-“FSB”) Ukraynanın zərbələrinin nəticələrini lentə alan 48 yaşlı Oktyabrskoye kənd sakinini həbs edib.
Kəşfiyyat xidmətlərinin məlumatına görə, yerli sakin tərəfindən çəkilmiş video Ukrayna telegram-kanallarından birində yayımlanıb. Dindirilmə zamanı saxlanılan şəxs guya tapşırığı yerinə yetirdiyini, onun yerinə yetirilməsi üçün ona pul və “NATO ölkələrindən birinin vətəndaşlığı” vəd edildiyini bildirib.
“Mash”ın məlumatına görə, ömürlük həbs cəzasını nəzərdə tutan “casusluq” maddəsi ilə cinayət işinin başlanması məsələsi həll edilir.
S.Laçın