“Yeni pandemiya olmayacaq, amma...”
2171
09 Aug 2024 | 12:36

“Yeni pandemiya olmayacaq, amma...”

Paris-2024 olimpiyadasında koronavirusun yalnız tamaşaçılar deyil, eyni zamanda idmançılar arasında sürətlə yayılması COVİD-19 virusunun yeni dalğasının başlaya biləcəyi ilə bağlı mülahizələrə yol açmaqdadır.

 

Bununla bağlı Moderator.az-a açıqlama verən professor Adil Qeybulla, yeni pandemiyanın baş verməyəcəyini vurğulasa da, bəzi risklərin hələ də davam etdiyini bildirib:

 

“Ümumdünya Səhiyyə Təşkilatının raportuna görə də, pandemiya bitib. Koronavirus pandemiyasını törədən SARS-2 virusunun yenidən pandemiya yaratmaq ehtimalı yoxdur. Amma hələlik “Omikron” ştampının mutasiyası davam edir. Buna görə də müxtəlif yerlərdə böyük və xırda epidemik ocaqlar var.

 

Azərbaycanda da yoluxmalar davam etməkdədir. Çox insan bunu ayaq üstü keçirir. Vəziyyətləri bir qədər ağır olanlar isə modul tipli xəstəxanalara yerləşdirilir. Bu proses dünyanın hər yerində gedir. Pandemiya bitsə də, epidemik ocaqlar qalır. Ancaq yeni pandemiya ehtimalı yoxdur”.

 

Seymur ƏLİYEV

Link kopyalandı!
Son xəbərlər