"Rusiyalı işğalçılar ukraynalı əsirlərə qarşı işgəncələri "denasifikasiya üzrə sessiya" adlandırır..."
"Bu, dəhşətlidir, 20 illik karyeram boyunca BMT adından hərbi əsirləri ziyarət edərkən gördüyüm ən pis nəsnədir..."
Rusiyalı işğalçılar ilk dindirmələrdən Ukrayna hərbi əsirlərə işgəncələr verir. Bu zaman Rusiya əsirliyində işgəncələr praktikası geniş yayılıb və müntəzəm xarakter daşıyır.
Moderator.az xəbər verir ki, bu barədə BMT-nin insan haqları üzrə Monitorinq missiyasının rəhbəri Daniel Bell Niderlandın NOS telekanalına müsahibəsində bəyan edib.
O, qeyd edib ki, Rusiya öz həbsxanalarında Ukrayna hərbi əsirlərin 95 faizinə işgəncələr verib.
"Onlar ilk dindirmə zamanı işgəncələrə məruz qalır. Onlar metal dəyənəklə döyülür, qəddarcasına elektrik cərəyanı ilə işgəncə verilir. Bu, dəhşətlidir, 20 illik karyeram boyunca BMT adından hərbi əsirləri ziyarət edərkən gördüyüm ən pis nəsnədir. İşgəncələr geniş yayılıb və struktur xarakterlidir. Ukraynalı hərbi əsirlərin 95 faizi işgəncələrə məruz qalır və bu, hərbi cinayətdir", - o, deyib.
Məlum olduğu kimi, işgəncələr hərbi əsirlərlə davranış barədə Cenevrə Konvensiyasının 3-cü maddəsinin pozulmasıdır.
Ukrayna briqadası komandirinin müavini avqustun 7-də deyib ki, Rusiya hakimiyyəti Rostov vilayətinin istintaq təcridxanasında ukraynalı hərbi əsirə işgəncə verərək vəhşicəsinə qətlə yetirib.
"Bellin bəyanatları və Monitorinq missiyasının ukraynalı hərbi əsirlərin hüquqlarının pozulması barədə əvvəlki hesabatları Amerikanın müharibənin öyrənilməsi İnstitutunun (ISW) Rusiya tərəfindən işğal edilmiş Ukraynada beynəlxalq insan hüquqları və humanitar hüququn və ukraynalı hərbi əsirlərə münasibətdə müntəzəm olaraq pozulması barədə çoxdankı dəyərləndirmələrinə uyğungur", - ISW-nin hesabatında deyilir.
Ukraynalı hərbi əsirlərlə qəddarcasına davranış
Mart ayında BMT bəyan edib ki, Ukraynada tammiqyaslı müharibə başlanandan hərbi əsirlərin edam edilməsinin onlarla faktları sənədləşdirilib.
BMT Şurası tərəfindən yaradılan Ukraynada pozuntuların təhqiqatı üzrə Müstəqil Beynəlxalq Komissiyanın hesabatında deyilir ki, rusiyalılar ukraynalı hərbi əsirlərə onları qorxutmaq və cəzalandırmaq məqsədilə qəddarcasına işgəncələr verir.
Rusiyalı işğalçılar ukraynalı əsirlərə qarşı müxtəlif növ işgəncələr tətbiq edərək bunu "denasifikasiya üzrə sessiya" adlandırır.