Ekskluziv
1650
08 Aug 2024 | 14:20

"İsrail cəzalandırılacaq, bu, iki məqsədimizdən biridir" - İranın BMT-dəki daimi nümayəndəliyi

 
"Biz sionistləri belə yol seçdiyi üçün təəssüf hissi keçirməyə vadar edəcək, təcavüzkarı cəzalandıracağıq..."
 
İranın BMT-dəki daimi nümayəndəliyi bəyanat yayaraq, Tehranın təkcə Qəzza bölgəsində atəşkəsə deyil, həm də HƏMAS Siyasi Bürosunun  rəhbəri İsmayıl Haniyənin qətlinə görə İsrailin cəzalandırılmasına çan atdığını bildirib.
 
Moderator.az xəbər verir ki, bu barədə "Anatolu Ajansı" agentliyi məlumat yayıb.
 
Bu bəyanat, görünür ki, "Vaşinqton Post" qəzetində Qəzza bölgəsində atəşkəs barədə sazişin bağlanacağı təqdirdə Tehranın yaxın zamanlarda İsrailə güclü hücum etmək qərarına yenidən baxa bilməsi ilə bağlı dərc edilən məqaləyə cavab olaraq verilib.
 
"Bizim eyni zamanda iki məqsədimiz var. Birincisi, Qəzza bölgəsində uzunmüddətli ətəşkəs rejiminə nail olunması və işğalçıların onun ərazisindən çıxarılmasıdır", bəyanatda deyilir.
 
"İkincisi, Haniyənin qətlinə görə İsrail rejiminin terrorçu fəaliyyətinin qarşısının alınması, habelə sionistləri belə yol seçdiklərinə görə təəssüf hissi keçirməyə vadar etmək üçün təvavüzkarın cəzalandırılmasıdır", - bəyanatda vurğulanır.
 
Xəbər verildiyi kimi, Ağ Ev güman edir ki, ABŞ prezidenti Co Baydenin HƏMAS Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin Tehranda qətlinə görə İranı cavabından çəkindirmək üzrə səyləri öz nəticələrini verir. 
 
İstisna edilmir ki, İran anons etdiyi sərt cavabını yenidən nəzərdən keçirir. Bu barədə "The Washington Post" qəzeti yazıb.
 
Doğrudur, Vaşinqton Tehranı fikrindən daşınmağa yönələn intensiv diplomatik addımlarını regiona əlavə qoşunlar göndərməklə və İrana "Amerikanın son xəbərdarlığını" etməklə "möhkəmləndirib".
 
Burada deyilir ki, "eskalasiya riski son dərəcə yüksəkdir və yeni prezident Məsud Pezeşkian hökumətinin sabitliyi üçün ciddi nəticələrə səbəb ola bilər".
Link kopyalandı!
Son xəbərlər