"Ukrayna Müdafiə Qüvvələrinin dörd döyüşçüsü tərəfindən Kursk vilayətində 40-dan artıq rusiyalı hərçi əsir götürülüb..."
"Operativ və strateji cəhətdən bu hücum tamamilə mənasızdır..."
Ukrayna qüvvələrinin Rusiyanın Kursk vilayətində transsərhəd əməliyyatı bütün müharibə müddətində nəinki bu cür ən böyük əməliyyatıdır, həm də ilk dəfə olaraq buraya Rusiyanın könüllü dəstələri deyil, Ukrayna Silahlı Qüvvələrinin nizami hissələri cəlb edilib.
Moderator.az xəbər verir ki, bu barədə "The New York Times" nəşri yazıb.
Nəşr qeyd edir ki, bu hücumun miqyası və məqsədlərini dəqiq müəyyən etmək son dərəcə çətindir, lakin təsdiq edilən məlumatlar onu göstərir ki, həqiqətən diversiya qruplarının adi reydlərindən nəsə daha ciddi şeylər baş verir.
"Bu, Ukraynanın Rusiya sərhəddindən yerüstü hücumlar etdiyi ilk hal deyil. Lakin eyni zamanda bundan öncəki hücumlar Kiyev ordusunun dəstəyi ilə rusiyalı sürgünlərinin silahlı qrupları tərəfindən həyata keçirilib. Çərşənbə axşamı baş verən hücuma isə, deyəsən, bilavasitə Ukrayna qoşunları cəlb edilib", - nəşr analitik Pasi Paroynenin sözlərinə istinadən yazıb.
Onun fikrincə, böyük ehtimalla, sərhədi zirehli texnikanın köməyilə bir neçə yüz ukraynalı hərbçi keçib.
Hərbi analitiklər iddia edir ki, bu hücum Rusiya bölmələrinin diqqətini Ukraynanın cəbhə xəttindən yayındırmaq, bununla da Rusiyanın hücumunu dayandırmağa cəhd edən Ukrayna qoşunlarına təzyiqin azaldılması cəhdi ola bilər.
Lakin onlar əlavə edib ki, Rusiya ordusunun bu rayonda əlavə ehtiyatları var, əməliyyatın özü isə düşməndən onsuz da sayca az olan Ukrayna qoşunlarını daha da çox parçalamaq riski törədir.
"Opetativ və strateji nöqteyi-nəzərdən bu hücum tamamilə mənasızdır. Bu, başqa yerdə son dərəcə zəruri olan insanlar və resursların böyük məsrəfidir", - Paroynen deyib.
Tanınmış hərbi analitik Rob Li Ukrayna qüvvələrinin bu reydinin Ukrayna cəbhəsində vəziyyətə həqiqətən təsir göstərəcəyinə şübhə ilə yanaşıb.
"Rusiya bu rayonda artıq böyük qüvvə və imkanlara, daha yaxşı komandanlığa və nəzarətə malikdir, həmçinin Ukraynada istifadə etmədiyi hərbi bölmələri var. Bu əməliyyatın Rusiyanın xeyli qüvvələrini Ukraynadan çıxarmağa vadar edəcəyi az ehtimaldır", - o, deyib.
Kursk vilayətində döyüşlər - son xəbərlər
Xəbər verildiyi kimi, Ukrayna Müdafiə Qüvvələrinin dörd döyüşçüsü tərəfindən Kursk vilayətində 40-dan artıq rusiyalı hərbçi əsir götürülüb.
Bu barədə Ukraynanın Telegram-kanalları yazıb, foto və videomateriallar bunu təsdiq edir. Ukrayna hakimiyyəti bu hadisələri rəsmən şərh etməyib.
Hərbi-siyasi icmalçı Aleksandr Kovalenkonun fikrincə, Rusiya ərazisinə yeni hücum və ya "Suca əməliyyatı" artıq Rusiyanın sərhəddə nəzarətinin olmadığını göstərir.
Həm də söhbət uzaq regiondakı sərhəddən deyil, müharibə aparılan dövlətin bilavasitə yaxınlığında olan sərhəddən gedir.