Bizi sosial şəbəkələrdən izləyin:
Rusiyalı şahmatçı Əminə Abakarova rəqibini oyun taxtasına civə tökərək zəhərlədiyinə görə müvəqqəti qadağa alıb.
Moderator.az xəbər verir ki, Rusiya Şahmat Federasiyasından verilən açıqlamada Mahaçqalada keçirilən turnirdə rəqibini zəhərləməyə cəhd edən Abakarovanın müvəqqəti olaraq milli yarışlardan kənarlaşdırıldığı açıqlanıb.
Bildirilib ki, məhkəmə prosesi yekunlaşdıqdan sonra Abakarova ömürlük həbs oluna bilər.
OYUN TAXTASINA CİVƏ TÖKDÜ
Rusiya mətbuatında insidentlə bağlı yayılan xəbərlərə görə, turnir başlayandan sonra Abakarovanın rəqibi Umayqanat Osmanova pisləşərək xəstəxanaya yerləşdirilib. Daha sonra səlahiyyətlilər kamera görüntülərini araşdırıb və müəyyən ediblər ki, Abakarova rəqibini zəhərləmək üçün oyun taxtasının üzərinə civə töküb.
Osmanovanın onu və yaxınlarını xoşagəlməz sözlər deyərək narahat etdiyini əsas gətirən Abakarova vəziyyətin şahmat və ya turnirlə heç bir əlaqəsi olmadığını iddia edərək, bu hərəkətini “şəxsi düşmənçiliklə bağlı impulsiv qərar” kimi izah edib.
Bundan əlavə, saxlanılan Abakarovanın sağlamlığına zərər vurduğuna görə həbs cəzası tələbi ilə məhkəmə işi qaldırılıb.
Nərminə Kamal
Moderator.az