Ekskluziv
1878
07 Aug 2024 | 23:35

"Ukrayna gözlərimiz önündə yox olur": hər üç ölüm halına yalnız bir doğum düşür...

"Cari ili  birinci yarısında Ukraynada 87 655 uşaq doğulub, 250 972 ölüm halları qeydə alınıb..."

 
"Demoqrafik böhran mühacirətlə, habelə ölkəni tərk edən qaçqınlar axını ilə daha da pisləşir..."
 
Demoqrafik böhran Ukraynanı viran qoyur. Ölkədə hər üç ölüm halına yalnız bir doğum düşür. Ekspertlərin proqnozu birmənalıdır: Kiyevin ümid etməyə daha heç nəyi qalmayıb.
 
Moderator.az xəbər verir ki, bu barədə Polşanın "İnteria" nəşri yazıb.
 
Hərbi münaqişənin miqyası ilə pisləşən demoqrafik böhran Ukraynını viran qoyur. Ukraynanın "Opendatabot" portalının son məlumatına görə, təkcə 2024-cü ilin birinci yarımilində Polşa ilə qonşu ölkədə təxminən 251 mindən artıq insan ölümü qeydə alınıb.
 
Bu müddət ərzində 88 mindən az uşaq doğulub. Hal-hazırda doğum halları pandemiyanın pik dövrünə nisbətən aşağıdır.
 
Aparılan tədqiqatın nəticələri göstərib ki, Ukraynada doğum səviyyəsi azalmaqda davam edir. 2024-cü ilin ilk altı ayında hər üç ölüm halına yalnız bir doğum düşüb.
 

Ukrayna münaqişəsi və doğum səviyyəsi: bunlar gözlərimiz önündə yoxa çıxır

 
Cari ilin birinci yarımilində Ukraynada 87 655 uşaq doğulub. Bu müddət ərzində müxtəlif səbəblərdən 250 972 ölüm halları qeydə alınıb. 
 
Mütəxəssislər vurğulayır ki, bu statistik məlumatlar, böyük ehtimalla, tam deyil, çünki regionların bir hissəsi döyüş əməliyyatları zonasındadır.
 
Pandemiya başlanandan doğum səviyyəsinin azalması meyllərinin saxlanılmasına və ölkənin demoqrafik böhranla artıq çoxdan mübarizə aparmasına rəğmən, son rəqəmlər xüsusilə həyəcanlı görünür.
 
Rəsmi məlumata görə, ən çox doğuş sayı Kiyevdə (9695), həmçinin Lvov (7923) və Dnepropetrovsk (6962) vilayətlərində qeydə alınıb.
 
Ən az uşaq cəbhə və sərhədyanı vilayətlərdə-Çerniqov (1904), Sumı (1798), Zaporojye (1576), Donetsk (702) və Xerson (221) vilayətlərində doğulub.
 

Ukraynadan həyəcanlı məlumat. Hərbi münaqişə və demoqrafik böhran

 
Ukrayna hakimiyyəti Krım və Luqansk vilayəti üzrə bütün lazımi məlumatları toplayıb statistika təqdim edə biıməyib.
 
Ən çox ölüm halları Dnepropetrovsk (26 374), Xarkov (17 999) və Odessa (16 085) vilayətlərində qeydə alınıb.
 
2024-cü ildə doğum səviyyəsi 2021-ci ilin ilk altı ayı ilə müqayisədə 1, 4 dəfə az olub, o zaman (Ukraynada pandemiyanın pik səviyyəsi) 132 595 doğum və 349 041 ölüm halları qeydə alınıb.
 
Ekspertlər vurğulayır ki, demoqrafik böhran mühacirətlə, habelə ölkəni tərk edən qaçqınlar axını ilə daha da pisləşir. 2024-2025-ci illərdə ölkəni daha 700 min adam tərk edə bilər. 
 
2024-cü ilin yanvarında Ukrayna əhalisi 37 milyon təşkil edib. Proqnozlara görə, 2100-cü ildə bu ölkə əhalisinin sayı 15, 3 milyon nəfərədək azalacaq.
 
Müəllif: Karolina Qlodovskaya
Link kopyalandı!
Son xəbərlər