Türkiyə BMT Beynəlxalq Məhkəməsində CAR-ın İsrailə qarşı iddiasına qoşulub
Ekskluziv
1876
07 Aug 2024 | 22:29

Türkiyə BMT Beynəlxalq Məhkəməsində CAR-ın İsrailə qarşı iddiasına qoşulub

"Dünyada heç bir ölkə beynəlxalq hüquqdan üstün deyil, İsrail törətdiyi cinayətlərinə görə cəzalandırılmalıdır..."
 
Bu gün Türkiyə rəsmən Qəzza bölgəsində Fələstin əhalisinə qarşı soyqırım işi üzrə CAR-ın Haaqada BMT Beynəlxalq Məhkəməsində qaldırdığı iddiaya qoşulub.
 
Moderator.az xəbər verir ki, bu barədə "Anatolu Ajansı" agentliyi məlumat yayıb.
 
Məlumatda deyilir ki, Türkiyənin Niderlanddakı səfiri bir qrup türkiyəli qanunvericilərin müşayiəti ilə Haaqada BMT Beynəlxalq Məhkəməsinə qoşulması barədə sorğu verib.
 
"Dünyada heç bir ölkə beynəlxalq hüquqdan üstün deyil", - Türkiyə XİN rəsmi nümayəndəsi Onçu Keceli özünün "X" sosial şəbəkəsindəki bloqunda yazıb.
 
"Bu işə BMT Beynəlxalq Məhkəməsində baxılması İsrailin törətdiyi cinayətlərinin cəzasız qalmaması nöqteyi-nəzərindən sön dərəcə vacibdir", - o, vurğulayıb.
 
Türkiyənin sorğusu rəmzi əhəmiyyətindən başqa, regionun digər ölkələrinin də bu işə qoşulmaq qətiyyətini möhkəmləndirəcək. 
 
Bundan başqa, Ankaranın hazırladığı materiallar bir çox cəhətdən prosesin gedişinə təsir göstərə bilər.
 
Xatırladaq ki, 2023-cü ilin dekabrında Cənubi Afrika BMT Beynəlxalq Məhkəməsində Qəzza bölgəsində Fələstin əhalisinə qarşı soyqırım ittihamları ilə İsrailə qarşı iddia qaldırıb.
 
Bu iddiaya bir neçə ölkə, o cümlədən İran, Pakistan, Banqladeş, Boliviya, İordaniya, Malayziya, Maldiv adaları, Namibiya və Nikaraqua, habelə Avropanın iki ölkəsi-İrlandiya və Belçika qoşulub.
 
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan hələ 2023-cü ildə İsraili "terrorçu dövlət" adlandırıb və müvafiq instansiyalarda iddia qaldıracağını vəd edib.
 
Bu ilin may ayında Türkiyə CAR-ın iddiasına qoşulacağını vəd edib. İyun ayında Ərdoğan müsəlman ölkələrinə İsrailə preventiv zərbə endirməyə çağırış edib, iyul ayında İsrailə hərbi müdaxilə edə biləcəyini bəyan edib.
 
Türkiyə prezidenti bundan öncə İsraili soyqırımda ittiham edərək, onun beynəlxalq məhkəmələrdə cəzalandırılmasına çağırış edib və Qərb ölkələrini İsrailə dəstək verdiklərinə görə tənqid edib.
Link kopyalandı!
Son xəbərlər