Bizi sosial şəbəkələrdən izləyin:
“Mənə elə gəlir ki Rusiya Ermənistanla bağladığı hərbi sazişi əsas götürüb Zəngəzura girəcək. Şoyqunun gəlişi həm də bununla bağlı idi…”
Caliber.az saytının yaydığı məlumata görə, guya avqustin əvvəllərində ABŞ Ermənistana hərbi yük təyyarələri ilə silah-sursat yollayıb. İyulda isə birgə Amerika-Ermənistan təlimləri keçirilmişdi. Kanal belə nəticəyə gəlir ki, bütün bu davranışlar ABŞ-nin Zəngəzura nəzarəti ələ keçirmək məqsədi daşıyır…
Mövzu ilə bağlı Moderator.az-a açıqlamasında siyasi analitik Tahir Cəfərli bunları söyləyib.
“Bax, caliber.az-da söylənilənlər baxımından da Zəngəzura birinci biz girməli idik. Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqunun İrana getməsi və oradan Bakiya gəlməsi ABŞ-nin Zəngəzura girməsinin qarşısını almaq məqsədi güdür. İran Zəngəzuru öz strateji maraq dairəsi elan etdiyindən Azərbaycan ora girə bilmir. Sülh müqaviləsi də bağlanmır. 10 noyabr sazişinin şərtləri yerinə yetirilmir. Bu isə müharibə deməkdir. İndi kim birinci tərpənsə, qələbə onundur. Mənə elə gəlir ki Rusiya Ermənistanla bağladığı hərbi sazişi əsas götürüb Zəngəzura girəcək. Şoyqunun gəlişi həm də bununla bağlı idi…
İnanmıram ki, dediklərim fərziyyə olsun. Ermənistan ağını çıxarıb. Ermənistanı yerində oturda biləcək qüvvə isə Azərbaycandır. Odur ki, bir-birinin ardınca Türkiyənin və Rusiyanın hərbçiləri buraya gəlir…
Siyasətdə təsadüfi heç nə yoxdur. Şoyqunun İran səfərinin səbəblərindən biri də İranın İsraili raket atəşinə tuta bilməsi ilə bağlıdır. Çünki İran İsraili raket və dron atəşinə tutsa, dığalar ABŞ-ni Zəngəzura buraxa bilərlər. Daha doğrusu, ABŞ özü oraya girə bilər. Amerikanın Zəngəzura girməsi isə bütün Qafqazın və Cənubi Azərbaycanın faciəsi ola bilər. Bütün bunları görən Prezident İlham Əliyev 3-cü Dünya müharibəsinin başlanacağını demişdi. Hazırda isə mövqelər müəyyənləşdirilir…”
S.Laçın