"Narsistlər dəyişmir, çünki istəmir. Özlərində olan mənfiləri görmür və görmək istəmir. Siz onlara heç nə sübüt edə bilməzsiniz, özlərini həmişə haqlı hesab edirlər."
Moderator.az xəbər verir ki, bu sözləri şüuraltı terapist, yaşam koçu Nərmin Hacıyeva narsist insanların xüsusiyyətləri haqqında paylaşımında qeyd edib. Bu xüsusiyyətləri təqdim edirik.
Narsist insanların 5 əsas xüsusiyyəti:
1. Səhvlərini əsla qəbul etməzlər. 2. Hər şeyin ən yaxşısını onlar bilir.
3. Narsist həmişə elə vəziyyət yaradır ki, özünüzü günahkar biləsiniz və qınayasınız. 4.Sizin şəxsi sərhədlərinizi elə tapdalayıb, keçəcəklər ki, mane ola bilməyəcəksiniz. Bəzən sizi adam yerinə qoymayacaqlar.
5. Sizi qınayıb, aşağılayaraq, müqayisə edəcəklər. Sizi düşündüyünü deyərək, qədirsiz də adlandıra bılərlər.
Nərminə Kamal
Moderator.az