Hüquqşünas evli kişilərə elə məsləhət verdi ki… - Susun, SƏSİNİZ ÇIXMASIN, TELEFONUNUZDA
Ekskluziv
2064
07 Aug 2024 | 12:40

Hüquqşünas evli kişilərə elə məsləhət verdi ki… - Susun, SƏSİNİZ ÇIXMASIN, TELEFONUNUZDA

Hüquqşunas Müşfiq Abbasov sosial şəbəkədə evli kişilərlə bağlı maraqlı paylaşım edib. Moderator.az xəbər verir ki, o paylaşımında evli kişilərə öz məsləhətlərini verib.
 
 
Kişilərə məsləhət...
1. Həyat yoldaşınıza səsinizi qaldırmayın, xüsusilə də uşaqların yanında;
2. Həyat yoldaşınızı başqalarının arvadları ilə qətiyyən müqayisə etməyin; 
3. Həyat yoldaşınızın valideyninə hörmət edin;
4. Axşam evə tez gəlin;
5. Telefonunuz heç bir zaman sönməsin;
6. Bazar günü mütləq uşaqlarla keçirin;
7. Toyda həyat yoldaşınızla oynayın;
8. Həyat yoldaşınızla şit zarafatlar etməyin;
9. Uşaqların təhsili ilə maraqlanın;
10. Həyat yoldaşınızın yanında başqa qadınlara nəzər belə salmayın;
11. İdmanla məşğul olun;
12. Axşamlar həyat yoldaşınızla birlikdə gəzin;
13. Həyat yoldaşınızla sözünüz çəp gələndə susun, səsiniz də çıxmasın.
14. Telefonunuzda parol olmasın;
15. Həyat yoldaşınızın zövqünü öyrənin;
16. İşdən yorğun gəlsəniz də, həyat yoldaşınızın söhbətlərini sonacan dinləyin;
17. Ayrı-ayrı otaqlarda yatmayın;
18. Onunla söhbət edəndə və ya yemək yeyəndə telefona baxmayın;
19-u siz yazın və nəhayət 20-onu sevin.
 
 
Link kopyalandı!
Son xəbərlər