Paris-2024-də olimpiadasında COVİD-19 böhranı və “Azərbaycan yüksəkliyi”
Ekskluziv
2173
07 Aug 2024 | 10:54

Paris-2024-də olimpiadasında COVİD-19 böhranı və “Azərbaycan yüksəkliyi”

Fransada keçirilən Paris-2024-cü ilin Yay Olimpiya Oyunlarında 40 iştirakçının COVİD-19-a yoluxduğu məlum olub. İştirakçılar arasında təhlükəli xəstəliyin bunca sürətlə yayılması Ümumdünya Səhiyyə Təşkilatı səviyyəsində də həyəcanla qarşılanıb.

 

Koronavirus hazırda dünyanın bir çox ölkələrində müşahidə olunsa da, Parisdə keçirilən olimpiyadada 40-dan çox iştirakçının COVİD-19-a yoluxması, bilavasitə Fransanın zəif təşkilatçılığı ilə bağlı olan bir məsələdir. Xatırladaq ki, olimpiadanın açılışı mərasimində də Fransa təşkilatçı ölkə kimi tamaşaçıların fiziki və mənəvi təhlükəsizliyini təmin edə bilməmiş, bu səpkidə baş verən insidentlər bütün dünyada ciddi narazılıqlar qarşılanmışdı. Açılış mərasimində yaşanan kütləvi neqativ olaylar Fransanın belə mötəbər tədbirə ev sahibliyi etmək gücünə malik olmadığını isbatlamışdı.

 

Bugünlərdə Paris-2024 olimpiadasında idmançılar arasında koronavirusun sürətlə yayılması Fransanın nəinki tamaşaçıların, hətta iştirakçıların belə sağlamlığını, təhlükəsizliyini təmin etmək iqtidarında olmadığını sübut etdi. 40 idmançının məhz olimpiadanın gedişində COVİD-19-a yoluxması göstərdi ki, Fransa iştirakçıların sağlamlığını qoruya, onların yarışlarda normal iştirakına şərait yarada bilmir.

 

Fransanın ev sahibi kimi olimpiada yarışlarını bu cür yarıtmaz şəkildə təşkili, tamaşaçılarla yanaşı, həm də idmançıların həyatını riskə atması bu ölkənin təşkilatçılıq baxımından Azərbaycandan müqayisəedilməz dərəcədə geridə qaldğını göstərir.

 

Qeyd edək ki, Azərbaycan sadəcə son 4-5 ildə onlarla beynəlxalq tədbirə - idman yarışlarına, siyasi konfranslara, iqtisadi forumlara ev sahibliyi edib ki, bu tədbirlərin hər biri yüksək səviyyədə, heç bir insident və problem olmadan başa çatıb. Məhz bunun nəticəsidir ki, bu gün dünya dövlətləri mötəbər qlobal tədbirlərin məhz Azərbaycanda keçirilməsində maraqlıdır  və bunu məmnunluqla dilə gətirirlər.

 

Paris-2024 olimpiadasında ard-arda yaşanan rəzilliklər göstərir ki, Fransanın bir çox məsələlərdə olduğu kimi, təşkilatçılıq məsələsində də Azərbaycandan öyrənməli olduğu çox şey var. Paris-2024 olimpiadası sübut etdi ki, ölkəmizin təşkilatçılıq sahəsində zəngin təcrübəyə malik dövlət kimi əldə etdiyi uğurlar – ucaldığı zirvə Fransa kimi dünya gücü üçün belə əlçatmazdır. Və bu gedişlə beynəlxalq miqyaslı tədbirlərin uğurlu təşkilatçısı kimi ölkəmizin formalaşdırdığı reallıq -  “Azərbaycan yüksəkliyi” Fransa üçün bundan sonra da xəyal olaraq qalacaq.

 

Seymur ƏLİYEV

 

Link kopyalandı!
Son xəbərlər