Ekskluziv
1675
04 Aug 2024 | 11:00

"Yaxın  Şərqdə eskalasiya: Bayden Netanyahunu yardımın kəsiləcəyi ilə təhdid edib" - "Axios"

"Netanyahu Yaxın Şərqdə vəziyyətin yenidən kəskinləşəcəyi təqdirdə ABŞ-ın onun köməyinə gələcəyini gözləməməlidir..."
 
Ağ Ev rəhbəri özəl söhbətində  Netanyahudan sərt şəkildə regionda gərginliyin eskalasiyasına son qoymağı tələb edib
 
ABŞ prezidenti Co Bayden İsrailin baş naziri Binyamin Netanyahuya regional müharibə riskinin artması ilə bağlı eskalasiyadan çəkinmək barədə xəbərdarlıq edib.
 
Moderator.az xəbər verir ki, bu barədə "Axios" nəşri iki amerikalı məmura istinadən məlumat verib.
 
Qeyd edilir ki, Ağ Ev rəhbəri özəl söhbətində Netanyahudan regionda gərginliyin eskalasiyasına son qoymağı, dərhal Qəzzada atəşkəs və girovlar üzrə sazişə keçməyi sərt şəkildə tələb edib.
 
"Bayden və onun əsas köməkçiləri Netanhayunun dörd il ərzində Oval kabinetə ilk səfərindən bir həftədən də az müddət sonra İsrailin Beyrut və Tehranda törətdiyi qətllərin nəticələrindən dərin məyusluq keçirir, məqalədə deyilir.
 
Nəşrin məlumatına görə, ABŞ rəsmi şəxsləri nə 1983-cü ildə Beyrutda 241 amerikalı dəniz piyadasının qətlində iştirak etmiş "Hizbullah"ın ali hərbi komandanı Fuad Şükürün, nə də HƏMAS siyasi lideri İsmayıl Haniyənin qətlindən təəssüf hissi keçirmir. 
 
"Lakin onlar hesab edir ki, Netanyahu özünün qətllər törətmək planlarından Baydeni xəbərdar etməyib. Bayden administrasiyası İsrail ilə HƏMAS arasında atəşkəs və girovlar barədə sazişi özünün Yaxın Şərqdə müharibədən sonrakı bütün strategiyasının mərkəzinə çevirib. Bayden sazişə nail olunması səylərində şəxsən iştirak edir və onu vəzifədə olacağı altı ay ərzində öz irsinin başlıca elementi hesab edir", - KİV-lər yazıb.
 
ABŞ rəsmi şəxsləri jurnalistlərə məlumat verib ki, Bayden Netanyahuya zəng edərək ABŞ və İsrailin İran və "Hizbullah" tərəfindən mümkün qisasına birgə hərbi hazırlığı müzakirə edib. 
 
Lakin o, həmçinin İsrail baş nazirinin ötən həftə seçdiyi fəaliyyət istiqamətindən narazı olduğunu anladıb.
 
"Bayden Netanyahuya ötən həftə Oval kabinetdə girovlar üzrə sazişin təmin edilməsindən danışıb, lakin bunun əvəzinə Tehranda qətl törədib. Bayden həmçinin Netanyahuya vəziyyətin yenidən kəskinləşəcəyi təqdirdə o, ABŞ-ın onun köməyinə gələcəyini gözləməməli olduğu barədə xəbərdarlıq edib", - məqalədə deyilir.
 
Eyni zamanda, nəşr qeyd edir ki, İsrail baş nazirinin ofisi bəyan edib ki, Netanyahu "Amerikanın yardımını dəyərləndirir və İsrailin baş naziri kimi istisnasız olaraq İsrail dövlətinin təhlükəsizlik tələbatlarına uyğun hərəkət edir".
 
Yaxın Şərqdə vəziyyət-son xəbərlər
 
İran tərəfdən təhdidlərlə əlaqədar olaraq ABŞ Yaxın Şərqə çoxlu sayda gəmilər və qırıcılar göndərməkdədir. İran İsrailə aprelin 13-də olduğu kimi genişmiqyaslı hücum həyata keçirə bilər, ekspertlər hesab edir.
 
O cümlədən "Reuters" agentliyi qeyd edir ki, ABŞ İranın HƏMAS lideri İsmayıl Haniyənin qətlinə cavab vermək vədini icra edəcəyinə hazırlaşır.
Link kopyalandı!
Son xəbərlər