Ekskluziv
1603
04 Aug 2024 | 10:32

"Yuxulu" Co əvəzinə "dəlisov" Kamala": Tramp Harrislə debatlara razı olub

"Mən Co ilə mübarizəyə yüz minlərlə dollar, zamanımı və qüvvəmi sərf etmişəm, qalib gəldikdən sonra isə onlar rinqə yeni namizəd atıb, bu, ədalətli deyil..."
 
Tramp və Harris arasında debatlar sentyabrın 4-də keçiriləcək.
 
Moderator.az xəbər verir ki, bu barədə "Fox News" nəşri məlumat yayıb.
 
Sabiq prezident özünə xas olan tərzdə elan edib ki, "yuxulu" Co ilə debatlar ləğv edilir və indi onun yerini "dəlisov" Kamala tutacaq. Bu, Demokratlar Partiyasından onun namizədliyini rəsmən dəstəklənməsindən sonra mümkün olub. 
 
Sabiq prezident Tramp cümə günü axşam "Fox News" kanalının vitse-prezident Kamala Harrislə debatlar təklifinə razı olduğunu elan edib.
 
Tramp bəyan edib ki, debatlar sentyabrın 4-də Pensilvaniyada keçiriləcək, hərçənd, bunun yeri hələlik dəqiq müəyyən edilməyib.
 
Sabiq prezident həmçinin qeyd edib ki, prezident Baydenlə onun yarışmadan çıxmasından öncə "ABC News" kanalında təyin olunan debatlar ləğv edilib.
 
Bu zaman o, bu kanala və onun aparıcılarlndan biri olan Corc Stefanopulosa qarşı qaldırdığı məhkəmə iddiasına istinad edib.
 
"Mən Kamala Harrislə sentyabrın 4-də çərşənbə günü debatların keçirilməsi üçün "Fox News" kanalına razılıq vermişəm", - Tramp özünün "Truth Sosial" sosial şəbəkəsində yazıb. 
 
"Bundan öncə debatlar yuxulu Co Baydenlə ABC-də təyin edilib, amma onlar ləğv edilib, çünki Bayden daha yarışmada iştirak etmir, mən isə ABC kanalı və Corc Stefanopulosa qarşı məhkəmə prosesi aparıram, bu da maraqlar münaqişəsini yaradır", - o, yazıb.
 
Debatların moderatorları "Fox News" kanalının aparıcıları Bret Bayyer və Marta MakKallum olacaq.
 
Debatların qaydaları iyunun 27-də Baydenlə olduğu kimidir, onun yazdığına görə, həmin debatlarda "partiyadaşları onunla dəhşətli davranıb".
 
Lakin CNN-də auditoriyasız keçən debatlardan fərqli olaraq "Fox News"da debatlarda tamaşaçılar iştirak edəcək.
 
Harris iyul ayında bəyan edib ki, o, sabiq prezidentlə debatlara hazırdır və onu sentyabrın 10-da "ABC News" kanalında debatlardan boyun qaçırmasında ittiham edib.
 
Bu, Demokratlar Partiyasının Baydenin öz namizədliyini geri götürdükdən və Harrisin namizədliyini dəstəklədikdən sonra baş verib.
 
Bundan öncə Tramp bəyan edib ki, Harrislə debatlar aparmayacaq, çünki o, hələ rəsmən namizəd deyil. Lakin cümə günü vitse-prezident Demokratlar Partiyasından rəsmən namizəd olmaq üçün kifayət qədər səs toplayıb. 
 
"Hamıya bəlli olduğu kimi, demokratlar Konstitusiyaya zidd olaraq əvvəlcədən məğlub kimi tanıdığı namizədi geri götürüb və qeyri-rəsmi olaraq onu yeni namizədlə əvəzləyib", - Tramp yazıb.
 
"Belə bir şey əvvəllər heç vaxt olmayıb, bu, demokratiya üçün təhlükədir, lakin mən bu "çevrilişin" nəticələrini qəbul etməyə və dəlisov Kamala Harrislə debatlar keçirməyə hazıram", - o, qeyd edib.
 
"Mən Co ilə mübarizəyə yüz minlərlə dollar, zamanımı və qüvvəmi sərf etmişəm, mən debatlarda qalib gəldikdə isə onlar rinqə yeni namizəd atıb. Bu, ədalətli deyil, ancaq fakt faktlığında qalır", - o, davam edib.
 
"Buna baxmayaraq, namizədin kimliyindən asılı olmayaraq, onların yaramaz siyasəti dəyişməzdir, bu, sentyabrın 4-də aydın olacaq.
 
Mən Kamala Harrislə görüşü və debatları səbirsizliklə gözləyirəm. Bu gün o mənada uyğundur ki, debatlardan az sonra, sentyabrın 6-da 2024-cü il prezident seçkilərində vaxtından əvvəl səsvermə başlayacaq. Mən hər birinizlə sentyabrın 4-də Pensilvaniyada görüşü gözləyirəm!"
 
Müəllif: Lendon Mion
Link kopyalandı!
Son xəbərlər