1711
03 Aug 2024 | 22:02

"Ukraynalıların əksəriyyəti Rusiya ilə danışıqlara tərəfdardır, amma bir şərtlə..." - Sorğu

"2023-cü ilin noyabr ayı ilə müqayisədə bu ilin may ayında Rusiya ilə danışıqlara tərəfdar olan ukraynalıların sayı 15 faiz artıb..."
 
Ukraynalılar Rusiya ilə danışıqlara tərəfdar olduğunu ifadə edib. 
 
Moderator.az xəbər verir ki, bu barədə Milli Demokratik İnstitutu və Kiyev Beynəlxalq Sosiologiya İnstitutunun keçirdiyi ümummilli telefon sorğusunun nəticələri sübut edir. Məlumatı "strana.today" nəşri yayıb.
 
Məlumatda deyilir ki, rəyi soruşulanlarən üçdə iki hissəsi Ukraynanın, o cümlədən bütün Donbas və Krım da daxil olmaqla, 2014-cü ilədək nəzarətində olduğu ərazini qayrtarması şərtilə olan ssenarini "tamamilə məqbul" hesab edir.
 
Rəyi soruşulanların yarıdan çoxu Ukrayna ərazilərinin bircə hissəsini də təhvil vermədən Rusiya ilə danışıqlara dəstək verib.
 
Respondentlərin 57 faizi hesab edir ki, Ukrayna sülhə nail olmağa cəhd etmək üçün Rusiya ilə danışıqlara başlamalıdır, 38 faizi bunun əleyhinə çıxıb, 5 faizi cavab verməkdə çətinlik çəkib.
 
Aparılan sorğu göstərib ki, 2023-cü ilin noyabr ayı ilə müqayisədə bu ilin may ayında Rusiya ilə danışıqlara tərəfdar olanların sayı 15 faiz artıb.
 
Bu zaman respondentlər sülhün hansı bədəlinin məqbul və ya qeyri-məqbul hesab etdiyini söyləyib.
 
Belə ki, 66 faiz Ukraynanın Donbas və Krım daxil olmaqla 2014-cü ilədək nəzarətində olan ərazisini geri qaytarmağı "tamamilə məqbul" hesab edib.
 
Eyni zamanda 60 faiz Ukraynanın yalnız hazırda nəzarətində olan ərazisinə iddia etməsini "o qədər də məqbul" hesab etmir.
 
53 faiz Ukraynanın Avropa Birliyinə daxil olmaq məqsədindən imtina etməsini "qətiyyən məqbul" hesab etmir. 49 faiz həm də NATO-ya daxil olmaq məqsədindən imtina etməyi "qətiyyən məqbul" hesab etmir.
 
Daha 37 faiz Ukraynanın Krım və Donetsk və Luqansk vilayətlərinin ayrı-ayrı rayonları daxil olmayan 2022-ci ilin fevralınadək nəzarətində olan ərazisini geri qaytarmağı "tamamilə qeyri-məqbul" hesab edib.
 
Bu sorğu 2024-cü ilin 8-25 may tarixlərində keçirilib. Telefonla keçirilən sorğu 2 500 respondenti əhatə edib.
 
23 fevral 2022-ci il tarixdə müvəqqəti işğal edilmiş ərazilər (Krım Muxtar Respublikası, Donetsk və Luqansk vilayətlərinin işğal olunmuş rayonları) seçimdən çıxarılıb. 
 
2022-ci il fevralın 24-dən sonra işğal edilmiş ərazilərdə yaşayan respondentlər təhlükəsizlik şəraiti imkan verməklə sorğuya cəlb edilib.
 

Rusiya ilə danışıqlar

 
Ukrayna prezidenti Vladimir Zelenski qeyd edib ki, Ukrayna bütün dünyanın Rusiyanı danışıqlar masası arxasında görmək istədiyi zaman bunun əleyhinə ola bilməz.
 
Eyni zamanda dövlət başçısı bəyan edib ki, Ukrayna ərazilərinin Rusiya ilə sülh müqabilində təhvil verilməsi məsələsi Ukrayna xalqı olmadan həll edilə bilməz.
Link kopyalandı!
Son xəbərlər