Ekskluziv
1581
03 Aug 2024 | 17:42

"İran İsrailə tez bir zamanda və sərt cavab verəcək" - "The Wall Street Journal" tarixləri açıqladı

 
"ABŞ və İsrail İranın proqnozlaşdırılmayan zərbəsinə hazırlaşaraq "vakuumda" hərəkət edir..."
 
İran HƏMAS Siyasi Bürosu rəhbəri İsmayıl Haniyənin qətlinə görə qisas alacağı ilə getdikcə daha ucadan təhdid edir.
 
Moderator.az xəbər verir ki, bu barədə "The Wall Street Journal" nəşri yazıb.
 
İran XİN rəhbərinin vəzifələrini icra edən Əli Bageri BMT baş katibi Antoniu Quterrişi İranın heç bir halda İsrail rejiminin hərəkətlərinə cavab vermək hüququndan imtina etməyəcəyi barədə xəbərdar edib.
 
Həmçinin bəyan edilib ki, İsrail bütün qırmızı xətləri keçib və cavab zərbəsi sərt və tez bir zamanda olacaq, bunu nəşrə adını açıqlamayan iranlı diplomat bəyan edib.
 
KİV-lərdə qisasın dəqiq tarixi barədə məlumat yayılıb. "The Wall Street Journal" nəşri yazıb ki, İsrail və ABŞ artıq bu istirahət günləri İranın İsrailə proqnozlaşdırılmayan cavab zərbəsinə hazırlaşır. 
 
Bu zaman nəşr qeyd edir ki, aprel ayında İranın İsrailə hücumundan öncə Tehran əvvəlcədən öz cavabı barədə diplomatlara məlumat verib və hazırlaşmağa zaman ayırıb, lakin bu dəfə İsrail və müttəfiqləri "vakuumda hərəkət edir".
 
Britaniyanın "Sky News Arabia" telekanalı Qərb mənbələrinə istinadən hücumun digər tarixdə, avqustun 12 və 13-də,  yəhudi xalqının Tişa-be-Av milli matəm günləri baş verəcəyini qeyd edib.
 
Telekanalın həmsöhbəti bu tarixin seçilməsini rəmzi və psixoloji aspektlərlə və bunun oktyabrın 7-də olduğu kimi, israillilərdə həssaslıq və qorxu hisslərini gücləndirəcəyi ilə izah edib.
 
Məlumat verilir ki, zərbə Həsən Nəsrullahın sağ əli Fuad Şükürün aradan götürülməsindən hiddətlənən Livanın "Hizbullah" qruplaşması ilə əlaqələndiriləcək.
Link kopyalandı!
Son xəbərlər